9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

BMT İordan çayının Qərb sahilində məscidə qarşı hücumu pislədi

BMT rəsmisi İordan çayının qərb sahilində yerləşən Fələstin kəndində məscidə qarşı törədilən yandırma hücumunu pisləyib. Hadisənin bölgədə artan zorakılıq fonunda baş verdiyi və təcili araşdırma tələb olunduğu bildirilib.

16 May 2026 18:15
BMT İordan çayının Qərb sahilində məscidə qarşı hücumu pislədi

BAKI,VOA Yusif Şərifzadə

İşğal altında olan İordan çayının qərb sahilində yerləşən Fələstin kəndində məscidə və nəqliyyat vasitələrinə qarşı yandırma hücumu həyata keçirildiyi bildirilir.

VOA xəbər verir ki, bu barədə Yaxın Şərq sülh prosesi üzrə baş koordinatorun müavini Ramiz Ələkbərov sosial şəbəkə hesabında paylaşım edib.

Məlumata görə, maskalı şəxslər Cibiya kəndində yerləşən məscidi yandırıb, eyni zamanda bir neçə nəqliyyat vasitəsinə ziyan vurublar. Hadisə yerində ivrit dilində qraffitilərin aşkarlandığı qeyd olunur.

Ramiz Ələkbərov dini məkanlara və mülki əmlaka qarşı hücumların qəbuledilməz olduğunu vurğulayaraq, bu cür hadisələrin sabitliyi, insan ləyaqətini və ibadət azadlığını zədələdiyini bildirib.

BMT rəsmisinin sözlərinə görə, hadisə işğal altındakı İordan çayının qərb sahilində məskunlaşanlar arasında artan zorakılıq və intensivləşən hücumlar fonunda baş verib. O qeyd edib ki, bu cür hadisələr mülki şəxslərin həyatını təhlükə altına qoyur və onların əmlakına zərər vurur.

Ramiz Ələkbərov İsrailin mülki əhalinin zorakılıq aktlarından qorunmasını təmin etmək məsuliyyəti daşıdığını bildirib və dərhal, şəffaf araşdırmanın aparılmasına, eləcə də bütün təqsirkarların məsuliyyətə cəlb olunmasına çağırıb.

Məqalədə: #İordan çayının qərb sahili #Mülki əhali #beynəlxalq reaksiyalar #Yaxın Şərq böhranı #təhlükəsizlik vəziyyəti #Fələstin kəndi #məscidə hücum #BMT açıqlaması #dini məkanlar #zorakılıq hadisələri #İordan çayının qərb sahilində məscidə hücum #BMT rəsmisinin hadisə ilə bağlı açıqlaması

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

10:32
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Fələstin

Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi

10:14
İraq və Ermənistan ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı iki memorandum imzalayıb
İraq

İraq və Ermənistan ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı iki memorandum imzalayıb

10:11
Yəmən husi terrorçularından təmizlənir
Yəmən

Yəmən husi terrorçularından təmizlənir

07:32

Son Xəbərlər

Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
10:35
Numan Kurtulmuş İraqa gedir
Numan Kurtulmuş İraqa gedir
10:32
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
10:26
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
10:14
İraq və Ermənistan ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı iki memorandum imzalayıb
İraq və Ermənistan ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı iki memorandum imzalayıb
10:11
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.