İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Əl-Əqsa məscidinə daxil olub
İsrailin Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir Əl-Əqsa məscidi kompleksinə daxil olub. Onu İsrail qüvvələrinin müşayiət etdiyi bildirilib. Fələstin “WAFA” agentliyinin məlumatına görə, Ben-Qvir məscidin həyətlərində dini ayinlər həyata keçirib. Hadisə Qüdsdə dini və siyasi gərginliyin davam etdiyi bir dövrdə baş verib. Fələstin tərəfi bu cür səfərləri müqəddəs məkanın statusuna müdaxilə kimi qiymətləndirir. Ben-Qvir daha əvvəl də Əl-Əqsa ilə bağlı addımları ilə gündəmə gəlib. Məscid kompleksi İsrail–Fələstin münaqişəsində ən həssas nöqtələrdən biri hesab olunur.
BMT İordan çayının Qərb sahilində məscidə qarşı hücumu pislədi
BMT rəsmisi İordan çayının qərb sahilində yerləşən Fələstin kəndində məscidə qarşı törədilən yandırma hücumunu pisləyib. Hadisənin bölgədə artan zorakılıq fonunda baş verdiyi və təcili araşdırma tələb olunduğu bildirilib.