6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail ordusu HƏMAS-ın yeni hərbi rəhbərinin öldürüldüyünü açıqladı

İsrail hakimiyyəti HƏMAS hərəkatının Qəzza zolağındakı silahlı qanadının yeni rəhbəri Məhəmməd Odenin İsrail ordusunun həyata keçirdiyi hava hücumu nəticəsində öldürüldüyünü bəyan edib. İsrail Müdafiə naziri Israel Kats sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, “HƏMAS terror təşkilatının silahlı qanadının rəhbəri məhv edilib”. HƏMAS tərəfindən isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

27 May 2026 17:57
İsrail ordusu HƏMAS-ın yeni hərbi rəhbərinin öldürüldüyünü açıqladı

BAKI,VOA Orxan Qədirzadə

İsrail hakimiyyəti HƏMAS hərəkatının Qəzza zolağındakı silahlı qanadının yeni rəhbəri Məhəmməd Odenin İsrail ordusunun həyata keçirdiyi hava hücumu nəticəsində öldürüldüyünü bəyan edib.

İsrail Müdafiə naziri Israel Kats sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, “HƏMAS terror təşkilatının silahlı qanadının rəhbəri məhv edilib”. HƏMAS tərəfindən isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

İsrail Baş naziri Benyamin Netanyahu və Müdafiə naziri Israel Katsın birgə yaydığı əvvəlki bəyanatda qeyd olunub ki, İsrail Müdafiə Qüvvələri Qəzza zolağında Məhəmməd Odeni hədəf alan əməliyyat həyata keçirib. Açıqlamada Odenin 7 oktyabr hücumlarının əsas təşkilatçılarından biri olduğu iddia edilib.

Məhəmməd Odeh HƏMAS-ın silahlı qanadı olan Izzəddin əl-Qəssam Briqadalarının rəhbəri vəzifəsinə may ayında Qəzzada öldürülən əvvəlki rəhbər İzzəddin əl-Həddadın yerinə təyin edilmişdi.

Qəzzadakı mülki müdafiə xidməti isə İsrailin Qəzza şəhərinin qərbində yerləşən Rimal məhəlləsinə endirdiyi hava zərbəsi nəticəsində bir qadının öldüyünü açıqlayıb.

İsrail tərəfi bildirir ki, Məhəmməd Odeh 7 oktyabr hücumları zamanı HƏMAS-ın kəşfiyyat fəaliyyətinə rəhbərlik edib və çoxsaylı israilli mülki şəxslərin və hərbçilərin öldürülməsi, yaralanması və girov götürülməsinə görə məsuliyyət daşıyıb.

İsrail rəsmilərinin məlumatına görə, 7 oktyabr hücumları nəticəsində 1221 nəfər həyatını itirib. Bundan sonra İsrailin Qəzza zolağında başladığı genişmiqyaslı hərbi əməliyyatlar zamanı bölgənin səhiyyə qurumlarının məlumatına əsasən 72 mindən çox insan həlak olub.

Birləşmiş Millətlər Təşkilatı Qəzza ilə bağlı təqdim edilən itki statistikasını ümumilikdə etibarlı hesab etdiyini bildirib.

Müharibə dövründə İsrail ordusu və xüsusi xidmət orqanları HƏMAS-ın siyasi və hərbi rəhbərliyinə qarşı genişmiqyaslı hədəfli əməliyyatlar həyata keçirib. İsrail daha əvvəl HƏMAS-ın keçmiş siyasi lideri Ismail Haniyənin, eləcə də 7 oktyabr hücumlarının əsas təşkilatçılarından hesab olunan Yahya Sinvarın öldürüldüyünü açıqlamışdı.

Uzun illər HƏMAS-ın silahlı qanadına rəhbərlik etmiş və təşkilatın əsas hərbi simalarından sayılan Məhəmməd Deifin də müharibə zamanı öldürüldüyü bildirilmişdi.

İsrail ordusunun əməliyyatları yalnız Qəzza ilə məhdudlaşmayıb. Son aylarda Livanda fəaliyyət göstərən HƏMAS üzvləri və İranın dəstəklədiyi Hizbullah rəhbərlərinə qarşı da zərbələr endirilib. Bu əməliyyatlar zamanı təşkilatın keçmiş rəhbəri Həsən Nasrallahın da hədəfə alındığı açıqlanıb.

Məqalədə: #7 oktyabr hücumu #İsrail Hava Zərbələri #İsrail hərbi əməliyyatları #Hamas hərbi qanadı #Məhəmməd Odeh öldürüldü #Qaza zolağı zərbəsi #Ezzedine Al-Haddad #Yahya Sinwar #Məhəmməd Deif #İsrail-Hamas münaqişəsi #Hizbullah komandirləri

Mövzu üzrə digər xəbərlər

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Fələstin

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib

08:08
İsrail Suriyə və Livana niyə eyni vaxtda hücuma keçdi?
Suriya

İsrail Suriyə və Livana niyə eyni vaxtda hücuma keçdi?

27 Avqust 12:56
İsrailin Livana zərbələri davam edir
Livan

İsrailin Livana zərbələri davam edir

27 Avqust 09:42
İsrailin müdafiə naziri işğal edilmiş Qolan təpələrinə gedib
Fələstin

İsrailin müdafiə naziri işğal edilmiş Qolan təpələrinə gedib

25 Avqust 19:08

Son Xəbərlər

Omanda nəqliyyat və logistika sektorunda  yaşıl hidrogen dövrü başlayır
Omanda nəqliyyat və logistika sektorunda yaşıl hidrogen dövrü başlayır
10:54
Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib
Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib
10:45
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
10:00
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
10:00
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.