8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Məktəb əvəzinə kafelər, sinif otaqları əvəzinə telefonlar: Qəzzada minlərlə şagird məzuniyyət imtahanına qeyri-müəyyənlik içində başlayır

Qəzza zolağında minlərlə şagird üçün növbəti məzuniyyət imtahanları adi təhsil prosesinin deyil, müharibənin, köçkünlüyün və dağılmış təhsil sisteminin fonunda keçirilir. Fələstində ümumi orta təhsilin yekun mərhələsi hesab olunan məzuniyyət imtahanlarının başlamasına saatlar qalsa da, bir çox şagird hələ də imtahanı harada verəcəyini bilmir. Bu il Qəzza zolağında təxminən 37 min 700 şagird imtahanlara məsafədən, elektron formatda qatılacaq. İmtahanlar üçün xüsusi zallar ayrılmadığından şagirdlər internet və elektrik enerjisinin mövcud olduğu istənilən məkan axtarmağa məcburdurlar. Bir çox hallarda bu məkanlar kafelər, ictimai obyektlər və ya müvəqqəti təhsil mərkəzləri olur.

20 İyun 2026 06:00
Məktəb əvəzinə kafelər, sinif otaqları əvəzinə telefonlar: Qəzzada minlərlə şagird məzuniyyət imtahanına qeyri-müəyyənlik içində başlayır

BAKI,VOA, Orxan Qədirzadə

Qəzza zolağında minlərlə şagird üçün növbəti məzuniyyət imtahanları adi təhsil prosesinin deyil, müharibənin, köçkünlüyün və dağılmış təhsil sisteminin fonunda keçirilir. Fələstində ümumi orta təhsilin yekun mərhələsi hesab olunan məzuniyyət imtahanlarının başlamasına saatlar qalsa da, bir çox şagird hələ də imtahanı harada verəcəyini bilmir.

Bu il Qəzza zolağında təxminən 37 min 700 şagird imtahanlara məsafədən, elektron formatda qatılacaq. İmtahanlar üçün xüsusi zallar ayrılmadığından şagirdlər internet və elektrik enerjisinin mövcud olduğu istənilən məkan axtarmağa məcburdurlar. Bir çox hallarda bu məkanlar kafelər, ictimai obyektlər və ya müvəqqəti təhsil mərkəzləri olur.

Üç ildir məktəb görməyən nəsil

Hazırkı məzuniyyət imtahanları son üç il ərzində heç bir normal məktəbə gedə bilməyən şagirdlər üçün keçirilir. Müharibə və davam edən humanitar böhran səbəbindən onlar orta təhsil dövrünü məktəb partası arxasında deyil, köçkün düşərgələrində, çadırlarda və müvəqqəti yaşayış yerlərində keçiriblər.

Şagirdin çadırdakı gündəlik həyatı da təhsilə əlverişli deyil. Ətrafda davam edən partlayış səsləri, pilotsuz uçuş aparatlarının fasiləsiz uğultusu və sıx yaşayış şəraiti dərslərə hazırlığı son dərəcə çətinləşdirir.

Çadırın nazik örtüyü heç bir səsi kəsmədiyindən qonşuların səs-küyü, ailə üzvlərinin sıxlığı və səmada dövrə vuran pilotsuz uçuş aparatlarının yaratdığı gərginlik şagirdlərin təhsil fəaliyyətinə ciddi mane olur.

Telefon məktəbi əvəz edib

Qəzzada orta məktəbin 10-cu, 11-ci və 12-ci siniflərini heç vaxt ənənəvi təhsil müəssisəsində oxumayıblar. Müharibə başlayandan sonra onlar məktəblərə qayıda bilməyiblər.

Şagirdlərin bir çoxu təhsilini davam etdirmək üçün özünütəhsil yolunu seçməyə məcbur olub. Onlar üçün mobil telefon həm məktəb, həm kitabxana, həm də dərs vəsaiti rolunu oynayır.

Kağız kitablar, dəftərlər və tədris materialları əvəzinə bütün dərslər telefon ekranında saxlanılan elektron sənədlər vasitəsilə öyrənilir. Bunun üçün isə daimi olaraq enerji doldurma məntəqələri və internet bağlantısı axtarmaq lazım gəlir.

Şagirdlərin narahatlığı əsasən texniki problemlərlə bağlıdır. İnternet bağlantısının və ya elektrik enerjisinin imtahan zamanı kəsilməsindən ehtiyat edirlər.

Rəsmi məlumatlar: 37 mindən çox şagird imtahana qatılır

Fələstin Təhsil və Ali Təhsil Nazirliyi bu il məzuniyyət imtahanlarına hazırlıq işlərinin başa çatdığını açıqlayıb.

Nazirliyin məlumatına görə, ümumilikdə təxminən 91 min şagird imtahanlarda iştirak edəcək. Onlardan 51 min 500 nəfəri İordan çayının qərb sahilində, təxminən 37 min 700 nəfəri Qəzza zolağında, 2 minə yaxın şagird isə xarici ölkələrdə yaşayır.

Bundan başqa, İsrail həbsxanalarında saxlanılan 65 şagird imtahanlarda iştirak imkanından məhrum olub.

İordan çayının qərb sahilində imtahanlar ənənəvi qaydada sinif otaqlarında keçiriləcək və iyulun 8-dək davam edəcək. Bu məqsədlə bütün imtahan mərkəzləri hazırlanıb, texniki problemlərin həlli üçün informasiya texnologiyaları üzrə mütəxəssislər cəlb olunub.

Qəzza zolağında isə imtahanlar 20-29 iyun tarixlərində tam elektron formatda təşkil ediləcək. Nazirlik əvvəlcədən sınaq imtahanları keçirildiyini və aşkar edilən texniki problemlərin aradan qaldırıldığını bildirib.

Minlərlə şagird və müəllim həyatını itirib

Bu ilki imtahanlar Fələstin təhsil sisteminin tarixində ən ağır dövrlərdən birinə təsadüf edir.

Təhsil və Ali Təhsil Nazirliyinin 9 iyun tarixli məlumatına görə, 2023-cü il oktyabrın 7-dən bəri Qəzza zolağı və İordan çayının qərb sahilində təhsil sektoru ağır itkilərlə üzləşib.

Məlumata əsasən, bu müddət ərzində təhsil sistemində ümumilikdə 21 min 701 nəfər şagird və təhsil işçisi həyatını itirib. Onlardan 20 min 647 nəfəri şagird olub.

Eyni zamanda yüzlərlə məktəb və təhsil müəssisəsi dağıdılıb və ya ciddi ziyan görüb.

Məzuniyyət imtahanı yaşında olan şagirdlər arasında itkilərin də yüksək olduğu bildirilir. Daha əvvəl açıqlanan rəsmi məlumatlara əsasən, təkcə Qəzza zolağında təxminən 4 min məzuniyyət sinfi şagirdi İsrailin hücumları nəticəsində həyatını itirib.

Beləliklə, bu il Qəzzada keçirilən məzuniyyət imtahanları sadəcə təhsil mərhələsinin yekunu deyil, həm də dağıdılmış məktəblərin, yarımçıq qalan arzuların və müharibənin kölgəsində böyüyən bir nəslin gələcək uğrunda mübarizəsinin simvoluna çevrilib.

Məqalədə: #məzuniyyət imtahanları #Fələstində ümumi orta təhsilin yekun mərhələsi #Qəzza zolağında təxminən 37 min 700 şagird imtahanlar #Qəzza zolağında minlərlə şagird #Qəzza zolağında təhsil #Öldürülən uşaqlar #Qəzzada öldürülən məktəblilər #Qəzzada öldürülən şagirdlər #Qəzzada öldürülən məktəblilər müəllimlər #Qəzzada köçkün şəraitində imtahan vermək

Mövzu üzrə digər xəbərlər

Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
Fələstin

Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb

18:31
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
Suriya

Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub

16:28
Yəməndə yenidən başlayan döyüşlər nəticəsində 20 minə yaxın insan evlərini tərk etməyə məcbur olub
Yəmən

Yəməndə yenidən başlayan döyüşlər nəticəsində 20 minə yaxın insan evlərini tərk etməyə məcbur olub

15:59
Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
Livan

Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır

14:48

Son Xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
19:13
İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır
İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır
19:07
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
19:02
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
18:57
Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib
Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib
18:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.