9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Livan–İsrail razılaşması ölkədə gərginliyi artırdı - Nəbi Berri fitnə təhlükəsi barədə xəbərdarlıq etdi

Livan parlamentinin sədri Nəbi Berri Livan ilə İsrail arasında imzalanmış çərçivə sazişindən sonra ölkədə yaranan daxili gərginlik fonunda vətəndaşları təmkinli olmağa və ölkənin qarşıdurmaya sürüklənməsinə imkan verməməyə çağırıb.

27 İyun 2026 18:00
Livan–İsrail razılaşması ölkədə gərginliyi artırdı - Nəbi Berri fitnə təhlükəsi barədə xəbərdarlıq etdi

BAKI,VOA Orxan Qədirzadə

Livan parlamentinin sədri Nəbi Berri Livan ilə İsrail arasında imzalanmış çərçivə sazişindən sonra ölkədə yaranan daxili gərginlik fonunda vətəndaşları təmkinli olmağa və ölkənin qarşıdurmaya sürüklənməsinə imkan verməməyə çağırıb.

Nəbi Berri şənbə günü verdiyi açıqlamada Livanın bütün bölgələrində yaşayan insanlara müraciət edərək ölkənin fitnə təhlükəsi ilə üz-üzə olduğunu bildirib. O, vətəndaşları daxili qarşıdurmalara qoşulmamağa, ehtiyatlı davranmağa və soyuqqanlılığı qorumağa səsləyib.

Parlament sədrinin sözlərinə görə, insanlar belə həssas dövrdə qarşıdurmanın tərəfinə çevrilməməli, ölkənin sabitliyini pozacaq addımlardan uzaq durmalıdırlar.

Berrinin bu çağırışı Livan ilə İsrail arasında ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş çərçivə sazişi ətrafında ölkə daxilində fikir ayrılıqlarının kəskinləşdiyi bir vaxta təsadüf edir. Sazişin daxili siyasi qarşıdurmanı daha da dərinləşdirə biləcəyi barədə xəbərdarlıqlar səsləndirilir.

Vaşinqtonda keçirilən danışıqların beşinci raundunun yekununda Beyrut və Təl-Əviv nümayəndələri arasında çərçivə sazişi imzalanıb. Danışıqlar əsasən İsrail ordusunun işğal altında saxladığı Livan ərazilərindən çıxarılması və həmin ərazilərdə Livan ordusunun yerləşdirilməsi mexanizmlərinə həsr olunub.

14 maddədən ibarət sazişə əsasən, İsrail ordusunun mərhələli şəkildə geri çəkildiyi Cənubi Livandakı sınaq bölgələrində təhlükəsizlik məsuliyyəti tədricən tam şəkildə Livan Silahlı Qüvvələrinə veriləcək. Livan ordusu həmin ərazilərdə təhlükəsizliyin təmin olunmasına cavabdeh olacaq.

Livan Prezidenti Cozef Aun sazişin imzalanmasından sonra yaydığı bəyanatda bildirib ki, bu razılaşma ölkənin bütün əraziləri üzərində suverenliyinin tam şəkildə bərpa olunmasına aparan yolun ilk addımı hesab edilə bilər.

Bununla yanaşı, saziş ölkə daxilində ciddi etirazlarla da qarşılanıb. Hizbullah hərəkatını parlamentdə təmsil edən Həsən Fəzlullah jurnalistlərə açıqlamasında razılaşmanı İsrail üçün hədiyyə adlandırıb. O bildirib ki, Hizbullah bu sənədə qəti şəkildə qarşıdır və təşkilat silahlı müqavimət strategiyasından imtina etmək niyyətində deyil.

İsrailin Baş naziri Benyamin Netanyahu isə videomüraciətində bildirib ki, Hizbullah silahsızlaşdırılmayana və İsrailə qarşı təhlükə tam aradan qalxmayana qədər İsrail təhlükəsizlik zolağından geri çəkilməyəcək.

Netanyahunun sözlərinə görə, əldə olunmuş razılaşma İsrail ordusunun tövsiyəsi əsasında Livan ordusunun müəyyən bölgələrdə yerləşdirilməsinə imkan yaradır və sazişin icrasına ilkin mərhələdə iki sınaq bölgəsində başlanılacaq.

Məlumata görə, 2026-cı il martın 2-dən etibarən İsrailin Livana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Livan Səhiyyə Nazirliyinin məlumatına əsasən, 4 min 230 nəfər həlak olub, 12 min 179 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Döyüşlər səbəbindən bir milyondan çox insan daimi yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıb.

Hazırda İsrail Livanın cənubunda yerləşən bir sıra ərazilərə nəzarəti davam etdirir. Bu ərazilərin bir hissəsi onilliklərdir işğal altında saxlanılır, digər hissəsinə isə 2023–2024-cü illərdə baş vermiş müharibə zamanı daxil olunub. Son hərbi əməliyyatlar zamanı İsrail qüvvələri Livan ərazisində 10 kilometrdən artıq irəliləyərək 2000-ci ildə Cənubi Livandan geri çəkilməsindən sonra ən dərin hərbi irəliləyişini həyata keçirib.

Məqalədə: #ABŞ #İsrail Livan #Livan parlamentinin sədri Nəbi Berri #Livan ilə İsrail arasında imzalanmış çərçivə sazişi #fitnə təhlükəsi #Livan fitnə təhlükəsi ilə üz üzə

Mövzu üzrə digər xəbərlər

Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən

Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar

14:45
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Amidi
İraq

Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Amidi

12:45
Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

10:32
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Fələstin

Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi

10:14

Son Xəbərlər

Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
15:21
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
14:33
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.