10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Əhməd əş-Şəraa Ali Konstitusiya Məhkəməsinin üzvlərini təyin edib

Suriya Prezidenti Əhməd əş-Şəra Ali Konstitusiya Məhkəməsinin sədri və üzvlərinin təyin edilməsi haqqında fərman imzalayıb. Məhkəmənin üzvləri vəzifəsinə Xeyrullah Nədim Qannum, Məhəmməd Mustafa Səbia, İman Antuan Nuri, İsmayıl Həmadi əl-Xalfan, Rəyyan Həsən Kəhilan və Arif Əhməd əş-Şaal təyin ediliblər.

8 İyul 2026 06:00
Əhməd əş-Şəraa Ali Konstitusiya Məhkəməsinin üzvlərini təyin edib

BAKI,VOA

Suriya prezidenti Əhməd əş-Şəraa Ali Konstitusiya Məhkəməsinin sədri və üzvlərinin təyin edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, İsam Xalid əl-Xəlif Ali Konstitusiya Məhkəməsinin sədri təyin olunub.

Məhkəmənin üzvləri vəzifəsinə isə Xeyrullah Nədim Qannum, Məhəmməd Mustafa Səbia, İman Antuan Nuri, İsmayıl Həmadi əl-Xalfan, Rəyyan Həsən Kəhilan və Arif Əhməd əş-Şaal təyin ediliblər.

Fərmanda bildirilib ki, Ali Konstitusiya Məhkəməsi onun fəaliyyətini və səlahiyyətlərini tənzimləyəcək yeni qanun qəbul edilənədək əsas konstitusiya funksiyalarını yerinə yetirəcək.

Məhkəmənin səlahiyyətlərinə qanunların və normativ aktların Konstitusiyaya uyğunluğuna nəzarət, prezidentin müraciəti əsasında qanun layihələrinin konstitusiyaya uyğunluğu barədə rəy verilməsi, həmçinin prezidentin və ya Xalq Məclisinin sədrinin müraciəti ilə qanunvericilik təşəbbüslərinin konstitusiyaya uyğunluğunun qiymətləndirilməsi daxildir.

Bundan başqa, məhkəmə prezidentin və ya Xalq Məclisinin sədrinin müraciəti əsasında Konstitusiya Bəyannaməsinin müddəalarını şərh etmək səlahiyyətinə malik olacaq.

Xatırladaq ki, 2025-ci il martın 13-də Əhməd əş-Şəra Suriyada keçid dövrünü beş il müəyyən edən Konstitusiya Bəyannaməsini imzalayıb. Həmin sənədin 47-ci maddəsinə əsasən, yeddi nəfərdən ibarət Ali Konstitusiya Məhkəməsi yaradılır və onun üzvləri dürüstlüyü, peşəkarlığı və təcrübəsi ilə seçilən şəxslər arasından prezident tərəfindən təyin edilir.

2024-cü il dekabrın 8-də Suriya müxalif qüvvələri Dəməşqə daxil olaraq, 2000–2024-cü illərdə ölkəyə rəhbərlik etmiş Bəşər Əsəd hakimiyyətinə son qoyduqlarını elan etmişdilər. Bəşşar Əsəd hakimiyyəti 2000-ci ildə 1971–2000-cü illərdə ölkəni idarə etmiş atası Hafiz Əsəddən miras almışdı.

Məqalədə: #Suriya prezidenti #Əhməd əş-Şəra #Suriya Ali Konstitusiya Məhkəməsi #İsam Xalid əl-Xəlif #Məhkəmənin səlahiyyətləri #qanunların və normativ aktların Konstitusiyaya uyğunluğu

Mövzu üzrə digər xəbərlər

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
Livan

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib

9 Sentyabr 21:44
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
Livan

İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan

9 Sentyabr 20:39
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
Livan

Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun

9 Sentyabr 20:23
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Fələstin

Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar

9 Sentyabr 20:02

Son Xəbərlər

Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
9 Sentyabr 21:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.