10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Şimali Afrika
Şimali Afrika

Əlcəzair hərbi büdəcisini artırtdı

Əlcəzair hökuməti 2026-cı il üçün ölkə tarixində ən böyük dövlət büdcəsini təsdiqləyib. Ümumi xərclərin həcmi 131 milyard dollar təşkil edir ki, bu da 2025-ci illə müqayisədə 5 milyard dollar çoxdur. Artım əsasən müdafiə və sosial təminat sahələrinə yönəlib.

12 Oktyabr 2025 14:15
Əlcəzair hərbi büdəcisini artırtdı

BAKI,AzerVoice

Əlcəzair hökuməti 2026-cı il üçün ölkə tarixində ən böyük dövlət büdcəsini təsdiqləyib. Ümumi xərclərin həcmi 131 milyard dollar təşkil edir ki, bu da 2025-ci illə müqayisədə 5 milyard dollar çoxdur. Artım əsasən müdafiə və sosial təminat sahələrinə yönəlib.

Maliyyə Qanunu layihəsinə əsasən, müdafiə xərcləri 27,17 milyard dollara çatdırılıb - bu, ötən illə müqayisədə təxminən 2 milyard dollar artım deməkdir. Ümumi gəlirlər 62 milyard dollar səviyyəsində proqnozlaşdırılır, sosial transfertlər və subsidiyalar üçün isə 44,6 milyard dollar ayrılıb. Onların 3,3 milyard dollarlıq hissəsi işsizliklə mübarizəyə yönəldiləcək.

Layihədə yeni vergilərin tətbiqi nəzərdə tutulmur, lakin hökumət vergi qaçaqmalçılığına və kölgə iqtisadiyyatına qarşı sərt tədbirlər görməyi planlaşdırır. Kölgə iqtisadiyyatının həcmi illik 50–60 milyard dollar olaraq qiymətləndirilir.

Yeni tədbirlər arasında vergi pozuntularına görə cərimələrin artırılması, maliyyə əməliyyatlarına nəzarətin gücləndirilməsi, valyuta qaçaqmalçılığı və pul yuyulmasına qarşı yeni qaydalar, eləcə də qiymətli metalların ticarətinə nəzarət və lisenziyalaşdırma sistemi yer alır.

Əlcəzair iqtisadiyyatı hələ də neft və qaz gəlirlərindən yüksək dərəcədə asılıdır - bu sektor ölkənin xarici valyuta gəlirlərinin 90 faizini təşkil edir. Buna baxmayaraq, 2024-cü ildə Əlcəzair müsbət iqtisadi nəticələr göstərib və Afrikada Cənubi Afrika və Misirdən sonra üçüncü ən böyük iqtisadiyyat kimi qiymətləndirilib.

Məqalədə: #Əlcəzair #Cənubi Afrika #Cənubi Afrika Respublikası #Əlcəzair hərbi büdəcisi #Maliyyə Qanu

Mövzu üzrə digər xəbərlər

BMT Liviyada seçkilərlə bağlı razılaşmanı müsbət qiymətləndirib
Liviya

BMT Liviyada seçkilərlə bağlı razılaşmanı müsbət qiymətləndirib

9 Sentyabr 09:41
Qahirə yaxınlığında 4 300 illik məzar kompleksi tapılıb
Misir

Qahirə yaxınlığında 4 300 illik məzar kompleksi tapılıb

8 Sentyabr 21:24
Misir Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı sanksiyalarını alqışlayıb
Misir

Misir Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı sanksiyalarını alqışlayıb

8 Sentyabr 21:04
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
Misir

Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib

8 Sentyabr 20:11

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.