10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Şimali Afrika
Şimali Afrika

Əlcəzair Fransanın müstəmləkəçilik dövrünü cinayət kimi tanıyan qanun qəbul edib

Əlcəzair parlamenti Fransanın ölkədəki müstəmləkəçilik dövrünü cinayət kimi tanıyan qanunu yekdilliklə qəbul edib. Qanunda Fransanın Əlcəzairdəki müstəmləkəçilik fəaliyyəti nəticəsində baş verən hadisələrə görə hüquqi məsuliyyət daşıdığı bildirilir, həmçinin rəsmi üzrxahlıq və təzminat tələbləri irəli sürülür.

24 Dekabr 2025 22:05
Əlcəzair Fransanın müstəmləkəçilik dövrünü cinayət kimi tanıyan qanun qəbul edib

BAKI, AzerVoice, Orxan Qədirzadə

Əlcəzair parlamenti Fransanın ölkədəki müstəmləkəçilik dövrünü cinayət kimi tanıyan qanunu yekdilliklə qəbul edib. Qanunda Fransanın Əlcəzairdəki müstəmləkəçilik fəaliyyəti nəticəsində baş verən hadisələrə görə hüquqi məsuliyyət daşıdığı bildirilir, həmçinin rəsmi üzrxahlıq və təzminat tələbləri irəli sürülür.

AzerVoice-un məlumatına görə, səsvermə zamanı deputatlar milli bayrağın rənglərini əks etdirən şərflərlə parlament zalında ayağa qalxaraq qanunun qəbulunu alqışlayıblar. Qanun mətnində Fransanın “Əlcəzairdəki müstəmləkəçilik keçmişinə və onun törətdiyi faciələrə görə hüquqi məsuliyyət daşıdığı” qeyd olunub.

Qərar Əlcəzair və Fransa arasında münasibətlərin ciddi diplomatik böhran mərhələsində olduğu bir vaxta təsadüf edir. Analitiklərin fikrincə, bu addım əsasən simvolik xarakter daşısa da, siyasi baxımdan əhəmiyyətlidir.

Əlcəzair parlamentinin sədri Brahim Buğali səsvermədən əvvəl dövlət xəbər agentliyi APS-ə bildirib ki, qanun “Əlcəzairin milli yaddaşının nə silinə, nə də müzakirə predmeti edilə biləcəyinə dair həm daxili, həm də xarici auditoriyalara açıq mesaj” verir.

Qanunda Fransanın müstəmləkəçilik dövründə törətdiyi cinayətlər sırasında nüvə sınaqları, məhkəməsiz edamlar, fiziki və psixoloji işgəncələr, həmçinin təbii sərvətlərin sistemli şəkildə talan edilməsi sadalanır. Sənəddə vurğulanır ki, Fransa müstəmləkəçiliyinin səbəb olduğu bütün maddi və mənəvi zərərlərə görə tam və ədalətli kompensasiya Əlcəzair dövləti və xalqının ayrılmaz hüququdur.

Fransanın Əlcəzair üzərində 1830–1962-ci illəri əhatə edən hakimiyyəti iki ölkə arasında münasibətlərdə uzun müddətdir həssas mövzu olaraq qalır. Bu dövr kütləvi qırğınlar, deportasiyalar və 1954–1962-ci illərdə baş vermiş qanlı müstəqillik müharibəsi ilə xarakterizə olunur.

Əlcəzair tərəfi müharibə nəticəsində 1,5 milyon nəfərin həlak olduğunu bildirir. Fransalı tarixçilər isə ölənlərin sayını ümumilikdə 500 min nəfər olaraq qiymətləndirir, onlardan təxminən 400 mininin Əlcəzair vətəndaşı olduğunu qeyd edirlər.

Fransa Prezidenti Emmanuel Makron daha əvvəl Fransanın Əlcəzairdəki müstəmləkəçilik siyasətini “insanlığa qarşı cinayət” kimi xarakterizə etsə də, rəsmi üzrxahlıq etməyib.

Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Paskal Konfavre isə ötən həftə qanun layihəsi ilə bağlı suala cavab olaraq, digər ölkələrdə gedən siyasi müzakirələrə münasibət bildirməyəcəklərini deyib.

Böyük Britaniyanın Ekseter Universitetində müstəmləkəçilik tarixi üzrə araşdırmaçı Hosni Kituni bildirib ki, bu qanunun beynəlxalq hüquqi qüvvəsi yoxdur və Fransa üçün hüquqi öhdəlik yaratmır. Onun sözlərinə görə, sənədin əsas əhəmiyyəti siyasi və simvolik xarakter daşımasıdır və Fransa ilə münasibətlərdə tarixi yaddaş baxımından yeni mərhələnin başlandığını göstərir.

Məqalədə: #hüquqi məsuliyyət #Əlcəzair Fransanın müstəmləkəçilik dövrünü cinayət kimi tanıyan qanun qəbul edib #Əlcəzair parlamenti Fransanın müstəmləkəçilik keçmişi ilə bağlı qanun qəbul edib #Əlcəzair Fransadan üzrxahlıq və təzminat tələbini qanuniləşdirib #Fransa–Əlcəzair münasibətlərində tarixi yaddaşla bağlı yeni addım #Əlcəzair müstəmləkəçilik dövrünü hüquqi məsuliyyət kimi tanıyıb #müstəmləkə dövrü #insanlığa qarşı cinayət

Mövzu üzrə digər xəbərlər

BMT Liviyada seçkilərlə bağlı razılaşmanı müsbət qiymətləndirib
Liviya

BMT Liviyada seçkilərlə bağlı razılaşmanı müsbət qiymətləndirib

9 Sentyabr 09:41
Qahirə yaxınlığında 4 300 illik məzar kompleksi tapılıb
Misir

Qahirə yaxınlığında 4 300 illik məzar kompleksi tapılıb

8 Sentyabr 21:24
Misir Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı sanksiyalarını alqışlayıb
Misir

Misir Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı sanksiyalarını alqışlayıb

8 Sentyabr 21:04
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
Misir

Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib

8 Sentyabr 20:11

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.