5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəsmi Xronika
Rəsmi Xronika

Qalib Xalqın Qalib Liderini dəstəkləyirik - Dünya azərbaycanlıları

29 Yanvar 2024 19:52
Qalib Xalqın Qalib Liderini dəstəkləyirik - Dünya azərbaycanlıları

Bakı. AzerVoice:

7 fevral 2024-cü ildə Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkiləri yaxınlaşdıqca, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Azərbaycanın xoşbəxt gələcəyinin memarı İlham Heydər oğlu Əliyevin namizədliyini dəstəklədiklərini bildirirlər.

AzerVoice xəbər verir ki, ayrı-ayrı ölkələrdə yaşayan həmvətənlərimiz “Facebook” sosial şəbəkəsində yaratdıqları “BİZ – Zəfər Yoluna Davam” platforması vasitəsilə dünya azərbaycanlılarını milli birlik nümayiş etdirərək seçkilərdə fəal olmağa dəvət edirlər.

Gürcüstanda fəaliyyət göstərən “Maarif” təşkilatının sədri, “Maarif” jurnal-qəzetinin baş redaktoru Ələddin Qarabağlı yaydığı bəyanatda dünyanın müxtəlif ölkələrində yaşayan bütun həmvətənlərimizi millətimizin adını qalib millətlər siyahısına qızıl hərflərlə yazan, ərazi bütovlüyümüzü təmin edən Liderin təbligatında fəal olmaga dəvət edib: “Biz əminik ki, xalqımızın seçimi Müzəffər Ali Baş Komandan İlham Əliyev olacaq”.

Almaniyanın Berlin şəhərində fəaliyyət göstərən “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin sədri Sevda Badaliouri bildirib ki, İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdəki iqtisadi inkişaf, sosial və mədəni təşəbbüslərin təşviqi sahəsində əldə olunan müstəsna nailiyyətlər təqdirəlayiqdir: “Dünya azərbaycanlılarını qarşıdan gələn seçkilərdə aktiv iştirak etməyə və Ali Baş Komandan İlham Əliyevi dəstəkləmə dəvət edirik”.

Sloveniyada fəaliyyət göstərən Azərbaycan Türk Mədəniyyəti Assosiasiyasının prezidenti Taleh Qurbanov qeyd edib ki, Sloveniyada yaşayan Azərbaycan vətəndaşları 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində sevinc, fərəh hissi ilə iştirak edəcək və ölkəmizin taleyinə qələbə yazmış Prezidentə öz dəstəyini bildirməkdən qürur duyacaq.

Böyük Britaniyanın Vorvik Universitetinin Azərbaycan Cəmiyyətinin rəhbəri Rafiq Niftəliyev də Prezident İlham Əliyevə müraciətində namizədliyini dəstəklədiklərini bəyan edib: “Biz inanırıq ki, Siz Azərbaycanın müstəqilliyinin və xalqımızın təhlükəsiz gələcəyinin sarsılmaz qarantısınız”.

“Gürcüstanda yaşayan Azərbaycanlı Məktəbli-Gənclərin Mədəniyyət Mərkəzi”nin sədri Ceyran Qurbanovanın bəyanatında xalqımıza Zəfər sevincini yaşadan Ali Baş Komandana sarsılmaz dəstək ifadə olunub: “Dünyanın müxtəlif ölkələrində yaşayan bütun həmvətənlərimizi millətimizin adını qalib millətlər siyahısına qızıl hərflərlə yazan, ərazi bütovlüyümüzü təmin edən Liderimizin təbliğatında fəal olmaga dəvət edirik. Biz əminik ki, xalqımızın seçimi Müzəffər Ali Baş Komandan İlham Əliyev olacaq”.

Böyük Britaniyada yaşayan diaspor fəalı, “Bülbül” Azərbaycan dili kitabının müəllifi Emiliya Cəbrayılova bildirib ki, ərazi bütövlüyümüzün və dövlət suverenliyinin bərpası İlham Əliyevin strateji baxışının və Azərbaycanın rifahına sarsılmaz sədaqətinin sübutudur: “Azərbaycana rifah və möhkəmliyi təmin etmək üçün sınanmış təcrübəyə malik lider lazımdır. İnanırıq ki, Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında Azərbaycan güclənməkdə davam edəcək və firavan gələcəyin formalaşdırılmasında əsas rol oynayacaq”.

Bəhreyndə Səudiyyə Ərəbistanı Sığorta Assosiasiyasının departament rəhbəri, həkim Ellada Abdullayeva deyib ki, Bəhreyn Krallığındakı Azərbaycan icması “Zəfər Yoluna Davam!” şüarı ilə ulu öndər Heydər Əliyevin yolunu layiqincə davam etdirən möhtərəm Prezidenti ürəkdən dəstəkləyir: “Azərbaycan xalqı Prezidentimizi sevir. Onun güclü, qüdrətli dövlətimizin, məğrur və yenilməz xalqımızın Lideri olması ilə qürur duyur. Hər bir səsvermə hüququ olan Azərbaycan vətəndaşını Qalib Liderimizin dəstəklənməsi məqsədilə fəal olmağa dəvət edirik. Əminik ki, xalqımızın seçimi Müzəffər Ali Baş Komandan İlham Əliyev olacaq!”

Kaliforniya Azərbaijan Dostluq Assosiasiyası da 7 fevral seçkiləri ilə bağlı mövqeyini açıqlayıb. Bu barədə assosiasiyanın sədri Elnurə Haşımova açıqlama verib: “Biz Azərbaycan diasporu olaraq qarşıdan gələn növbədənkənar Prezident seçkilərində İlham Əliyevin qələbəsinə inanırıq. Əminik ki, onun müdrik rəhbərliyi altında dövlətimizin və xalqımızın növbəti uğurlarının şahidi olacağıq”.

Gürcüstanda fəaliyyət göstərən “QANUN” Hüquqi Yardım Mərkəzinin baş direktoru Əli Bədirov isə vurğulayıb ki, növbədənkənar Prezident seçkilərində ümummilli lider Heydər Əliyevin siyasətini qürur hissi ilə davam etdirən İlham Heydər oğlu Əliyevin namizədliyini “Qalib Xalqın Qalib Lideri” və “Dünya azərbaycanlıların lideri” şüarları altında dəstəkləyirlər: “Gürcüstanda yaşayan Azərbaycan vətəndaşlarının Sizi dəstəkləyəcəyindən əmin ola bilərsiniz. Dünya azərbaycanlıların adını qalib millətlər siyahısına qızıl hərflərlə yazan, Azərbaycanın ərazi bütovlüyünü təmin edən Liderin təbliğatında fəal olmaga həmişə hazırıq. Əminik ki, xalqımızın seçimi Müzəffər Ali Baş Komandan İlham Əliyev olacaq”.

Məqalədə: #Azərbaycanda Prezident seçkiləri 2024

Mövzu üzrə digər xəbərlər

Sabah növbədənkənar Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirləcək
Siyasət

Sabah növbədənkənar Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirləcək

12 Fevral 2024 11:17
Rumen Radev Prezident İlham Əliyevi təbrik edib
Rəsmi Xronika

Rumen Radev Prezident İlham Əliyevi təbrik edib

9 Fevral 2024 13:18
ATƏT-in Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Rəsmi Xronika

ATƏT-in Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

9 Fevral 2024 12:37
İƏT-in Baş katibi Prezident İlham Əliyevi təbrik edib
Rəsmi Xronika

İƏT-in Baş katibi Prezident İlham Əliyevi təbrik edib

9 Fevral 2024 12:34

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.