13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Rəsmi Xronika
Rəsmi Xronika

Prezident İlham Əliyev Kazanda XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının ilk plenar iclasında iştirak edir

Bu dəqiqələrdə Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının ilk plenar iclası keçirilir.

24 Oktyabr 2024 13:03
Prezident İlham Əliyev Kazanda XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının ilk plenar iclasında iştirak edir

Bakı, AzerVoice

Oktyabrın 24-də Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak etmək üçün “Kazan Expo” Beynəlxalq Sərgi Mərkəzinə gəldi.

Əvvəlcə XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının nümayəndə heyətləri başçıları - iştirakçılar birgə foto çəkdirdilər.

Rusiya Prezidenti Vladimir Putin çıxış üçün sözü Azərbaycan Prezidenti İlham Əliyevə verdi.

Dövlətimizin başçısı tədbirdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Hörmətli Vladimir Vladimiroviç.

Hörmətli həmkarlar.

Xanımlar və cənablar.

Hər şeydən əvvəl dəvətə görə Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə təşəkkürümü bildirmək istərdim.

Fürsətdən istifadə edərək, Rusiya Federasiyasını BRICS-də uğurlu sədrliyi münasibətilə təbrik etmək istərdim.

Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir.

Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq.

Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq. Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik.

Diqqətinizə görə təşəkkür edirəm.

Prezident Vladimir Putin dedi: Hörmətli cənab Prezident, çox sağ olun. Həqiqətən, Siz tamamilə düzgün qeyd etdiniz ki, Azərbaycanın rolu, xüsusilə logistika dəhlizlərinin inkişafında çox mühümdür. Eyni zamanda, zənnimcə, Rusiyanın, həmçinin digər BRICS dövlətləri ilə artan əmtəə dövriyyəsini nəzərə alsaq, Qazaxıstan Prezidentinin indicə dediyi kimi, bu da böyük əhəmiyyətə malikdir.

Sizə ən xoş arzularımı çatdırmaq istəyirəm. Çox sağ olun.

x x x

Qeyd edək ki, hazırda 10 üzvü olan BRICS 2006-cı ildə yaradılıb. Builki BRICS Sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatılıblar. BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilib, həmçinin dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın dörddəbirindən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib.

Xəbər yenilənəcək

Prezident İlham Əliyev Kazanda XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının ilk plenar iclasında iştirak edir Prezident İlham Əliyev Kazanda XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının ilk plenar iclasında iştirak edir Prezident İlham Əliyev Kazanda XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının ilk plenar iclasında iştirak edir Prezident İlham Əliyev Kazanda XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının ilk plenar iclasında iştirak edir Prezident İlham Əliyev Kazanda XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının ilk plenar iclasında iştirak edir Prezident İlham Əliyev Kazanda XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının ilk plenar iclasında iştirak edir Prezident İlham Əliyev Kazanda XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının ilk plenar iclasında iştirak edir Prezident İlham Əliyev Kazanda XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının ilk plenar iclasında iştirak edir Prezident İlham Əliyev Kazanda XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının ilk plenar iclasında iştirak edir Prezident İlham Əliyev Kazanda XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının ilk plenar iclasında iştirak edir Prezident İlham Əliyev Kazanda XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının ilk plenar iclasında iştirak edir
Məqalədə: #Prezident İlham Əliyev

Mövzu üzrə digər xəbərlər

Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
Rəsmi Xronika

Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib

10 Sentyabr 13:37
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)

6 Sentyabr 15:34
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05

Son Xəbərlər

İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
13:16
İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
13:02
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
13:00
Səudiyyə Ərəbistanında 11 sərhəd qanunu pozucusu saxlanılıb
Səudiyyə Ərəbistanında 11 sərhəd qanunu pozucusu saxlanılıb
12:50
Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
11:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.