13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Rəsmi Xronika
Rəsmi Xronika

Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Malayziyanın paytaxtı Kuala Lumpur şəhərinin meri, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) sabiq icraçı direktoru xanım Maimuna Mohd Şərif ilə görüşüb.

17 Noyabr 2024 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb

Bakı. AzerVoice

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Malayziyanın paytaxtı Kuala Lumpur şəhərinin meri, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) sabiq icraçı direktoru xanım Maimuna Mohd Şərif ilə görüşüb.

AzerVoice xəbər verir ki, Maimuna Mohd Şərif Prezident İlham Əliyevə COP29-da yerli icmalar statusunda Kuala-Lumpur şəhərinin meri kimi çıxış etməsinə yaradılan imkana və COP29-da Azərbaycanın sədrliyi yanında yaradılmış Məşvərət Şurasına daxil edilməsinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Qonaq COP29-un yüksək səviyyədə təşkili ilə bağlı Prezident İlham Əliyevə təbriklərini çatdırdı.

Söhbət zamanı Maimuna Mohd Şərifin UN-HABITAT rəhbəri olduğu dövrdə Azərbaycan ilə bu qurum arasında əməkdaşlığın inkişafına verdiyi töhfə qeyd olundu, ölkəmizin 2026-cı ildə BMT-nin ən vacib tədbirlərindən biri olan Dünya Urban Forumuna ev sahibliyi edəcəyi məmnunluqla vurğulandı və buna hazırlıq prosesinin artıq başlanıldığı bildirildi.

Görüşdə Bakının və ölkəmizin digər şəhərlərinin inkişafı kontekstində Azərbaycanın urban planlaşdırma və urbanizasiya sahəsində nailiyyətləri xüsusilə qeyd olundu, işğaldan azad edilmiş ərazilərimizdə şəhərlərin və kəndlərin qurulması prosesindəki təcrübəsi vurğulandı.

Söhbət zamanı Bakı və Kuala-Lumpur arasında əməkdaşlığın inkişafı ilə bağlı təcrübə mübadiləsinin aparılması məsələsinə toxunuldu, Bakının və Kuala-Lumpurun qardaşlaşmış şəhərlər kimi əlaqələrinin qurulması istiqamətində fikir mübadiləsi aparıldı.

Bütövlükdə, Azərbaycan ilə Malayziya arasında dost münasibətlərinin olduğu, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini daim dəstəklədikləri qeyd edildi. Siyasi əlaqələrimizin ruhuna uyğun olaraq iqtisadiyyat, ticarət, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Məqalədə: #Prezident İlham Əliyev

Mövzu üzrə digər xəbərlər

Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
Rəsmi Xronika

Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib

10 Sentyabr 13:37
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)

6 Sentyabr 15:34
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05

Son Xəbərlər

Piri Rəis kimdir?
Piri Rəis kimdir?
16:23
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
15:55
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
15:22
Hakan Fidan Suriyaya səfərə gedib
Hakan Fidan Suriyaya səfərə gedib
14:59
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
14:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.