14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Rəsmi Xronika
Rəsmi Xronika

Prezident İlham Əliyev Xankəndidə Zəfər parkının təməlqoyma mərasimində iştirak edib

19 Fevral 2025 10:40
Prezident İlham Əliyev Xankəndidə Zəfər parkının təməlqoyma mərasimində iştirak edib

Bakı, AzerVoice

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Xankəndi şəhərində Zəfər parkının təməlqoyma mərasimində iştirak edib.

AzerVoice bildirir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına parkda görüləcək işlər barədə ətraflı məlumat verdi.

Xankəndi şəhərində Zəfər parkının salınması məqsədilə 12,9 hektar ərazidə söküntü işlərinin aparılması nəzərdə tutulub. Ərazi şərti olaraq iki hissəyə bölünüb və 8,3 hektar sahəsi olan birinci hissədə söküntü işləri artıq yekunlaşıb. Ümumilikdə ərazidən 279 min 416 kubmetr həcmində söküntü tullantılarının daşınması təmin olunub. İkinci hissə isə 4,6 hektar ərazini əhatə edir. Burada da söküntü işləri aparılacaq.

Ərazidəki mövcud ağacların qorunması məqsədilə aidiyyəti təşkilatlarla birgə baxış keçirilib və müxtəlif növ 262 ağac müəyyən edilib. Bundan başqa, parkın ərazisində 21 növ üzrə 300-dən çox ağacın əkilməsi nəzərdə tutulur.

Hazırda ərazidə planlaşdırma işləri görülür.

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının təməlini qoydu.

Qeyd edək ki, ölkəmizdə yaradılan Zəfər parkları xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın, qazandığı möhtəşəm tarixi Qələbənin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının rəmzidir.

Ölkəmizin müxtəlif bölgələrində, o cümlədən Xankəndi şəhərində yaradılacaq Zəfər parkı tarixi Qələbəmizin yaddaşlarda yaşadılması, yaradılmış qəhrəmanlıq nümunələrinin əbədiləşdirilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün mühüm əhəmiyyətə malikdir. Zəfər parkı Azərbaycanın gücünü, xalqımızın əzmini və azərbaycanlıların Vətən torpağına olan bağlılığını göstərən bir məkandır.

Xəbər yenilənəcək

Prezident İlham Əliyev Xankəndidə Zəfər parkının təməlqoyma mərasimində iştirak edib Prezident İlham Əliyev Xankəndidə Zəfər parkının təməlqoyma mərasimində iştirak edib Prezident İlham Əliyev Xankəndidə Zəfər parkının təməlqoyma mərasimində iştirak edib
Məqalədə: #Prezident İlham Əliyev #Xankəndi #Zəfər parkı #Xankəndidə Zəfər parkı #İlham Əliyev Xankəndi təməlqoyma #Xankəndidə ağaclandırma işləri #Xankəndi şəhərində yenidənqurma #Zəfər parkının əhəmiyyəti #Xankəndidə park tikintisi

Mövzu üzrə digər xəbərlər

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Rəsmi Xronika

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib

18:20
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
Rəsmi Xronika

Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib

10 Sentyabr 13:37
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)

6 Sentyabr 15:34
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13

Son Xəbərlər

Yeni Zelandiya İordan çayının qərb sahilində zorakılığın artmasından narahatdır
Yeni Zelandiya İordan çayının qərb sahilində zorakılığın artmasından narahatdır
18:15
Hörmüz böhranının ən ağır iqtisadi yükünü ərəb ölkələri daşıyır
Hörmüz böhranının ən ağır iqtisadi yükünü ərəb ölkələri daşıyır
18:11
Yaxın Şərqdə gərginlik fonunda neft bahalaşmaqda davam edir
Yaxın Şərqdə gərginlik fonunda neft bahalaşmaqda davam edir
18:07
Körfəz ölkələri İranın “ikili oyun” oynamasından narahatdır
Körfəz ölkələri İranın “ikili oyun” oynamasından narahatdır
18:04
İordaniya sərhədində üç narkotik qaçaqmalçılığı cəhdi dayandırılıb
İordaniya sərhədində üç narkotik qaçaqmalçılığı cəhdi dayandırılıb
16:49
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.