12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Rəsmi Xronika
Rəsmi Xronika

Prezident İlham Əliyev məşğulluqla bağlı fərmanda dəyişiklik edib

8 İyul 2024 16:04
Prezident İlham Əliyev məşğulluqla bağlı fərmanda dəyişiklik edib

Bakı, AzerVoice

Prezident İlham Əliyev "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanunun tətbiqi və "Məşğulluq haqqında" qanunun tətbiqi barədə" fərmanda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

AzerVoice xəbər verir ki, fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.27-ci, 26.3-cü, 26.5-ci, 26.6-cı (hər üç halda), 26.7-ci (hər iki halda), 26.8-ci maddələrində, 26.12-ci maddəsinin birinci cümləsində və 26.13-cü (hər iki halda) maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 26.3-cü və 26.7-ci (birinci halda) maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 1.1.27-ci, 26.5-ci, 26.6-cı (birinci və üçüncü hallarda), 26.7-ci (ikinci halda), 26.8-ci maddələrində, 26.12-ci maddəsinin birinci cümləsində və 26.13-cü (hər iki halda) maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.4. həmin Qanunun 26.6-cı maddəsində (ikinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində:

2.1. "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə uyğun olaraq, kvotadan əlavə iş yerlərinin yaradılması qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. həmin Qanunun 26.7-ci maddəsinə uyğun olaraq, məqsədli proqramların həyata keçirilməsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1184-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi altı ay müddətində:

3.1. "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun 26.6-cı maddəsinə uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə faiz dərəcələrini təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. həmin Qanunun 26.13-cü maddəsinə uyğun olaraq, məqsədli proqramların həyata keçirilməsi çərçivəsində işəgötürən tərəfindən yaradılan hər iş yerinə görə iqtisadi fəaliyyət növlərinin xüsusiyyətləri nəzərə alınmaqla ayrılacaq vəsaitin məbləğini təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4. "Məşğulluq haqqında" Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1683 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bəndə "1.1.23-cü," sözlərindən sonra "1.1.27-ci," sözləri, "26.2-ci," sözlərindən sonra "26.3-cü, 26.5-ci, 26.6-cı (hər üç halda), 26.7-ci (hər iki halda), 26.8-ci maddələrində, 26.12-ci maddəsinin birinci cümləsində, 26.13-cü (hər iki halda)," sözləri əlavə edilsin;

4.2. 2.4-cü bəndə "26.2-ci," sözlərindən sonra "26.3-cü, 26.7-ci (birinci halda)," sözləri əlavə edilsin;

4.3. 2.5-ci bəndə "1.1.23-cü," sözlərindən sonra "1.1.27-ci," sözləri, "26.1-ci," sözlərindən sonra "26.5-ci, 26.6-cı (birinci və üçüncü hallarda), 26.7-ci (ikinci halda), 26.8-ci maddələrində, 26.12-ci maddəsinin birinci cümləsində, 26.13-cü (hər iki halda)," sözləri əlavə edilsin;

4.4. 2.17-ci bənddə "və 25.2-ci" sözləri ", 25.2-ci və 26.6-cı (ikinci halda)" sözləri ilə əvəz edilsin.

Məqalədə: #Prezident İlham Əliyev

Mövzu üzrə digər xəbərlər

Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
Rəsmi Xronika

Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib

10 Sentyabr 13:37
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)

6 Sentyabr 15:34
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.