13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Rəsmi Xronika
Rəsmi Xronika

Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

29 May 2025 12:37
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

BAKI, AzerVoice

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deynsi qəbul edib.

AzerVoice xəbər verir ki, senator, ilk növbədə, Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırdı. O, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu dedi. Əfqanıstanda Amerika Birləşmiş Ştatları və Azərbaycan əsgərlərinin çiyin-çiyinə xidmət etdiyini, Kabil hava limanının təhlükəsizliyinə cavabdeh olan Azərbaycan sülhməramlı qüvvələrinin Əfqanıstanı tərk edən ən sonuncu hərbi kontingent olduğunu xatırladan Stiv Deyns oradan mülki və hərbi şəxslərin təxliyəsində azərbaycanlı hərbçilərin mühüm rol oynadıqlarını vurğuladı və buna görə də ayrıca minnətdarlığını bildirdi.

Senator fəaliyyəti dövründə Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Amerika Birləşmiş Ştatları ilə münasibətlərinin inkişafına mühüm əhəmiyyət verdiyini deyərək, əlaqələrin inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu vurğuladı. O, Azərbaycana və Mərkəzi Asiya ölkələrinə ABŞ Senatının nümayəndələri tərəfindən səfərlərin intensivləşdirilməsinin vacibliyinə toxundu.

Dövlətimizin başçısı Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərə görə təşəkkürünü bildirərək, ABŞ Prezidenti Donald Trampın bu xüsusda göndərdiyi təbrik məktubunun yüksək qiymətləndirildiyini vurğuladı. Prezident İlham Əliyev dedi ki, məktubda da qeyd olunduğu kimi, Azərbaycanla ABŞ arasında təhlükəsizlik, enerji və iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var. Dövlətimizin başçısı Donald Trampın birinci prezidentliyi dövründə Azərbaycanla əlaqələrin inkişafına göstərdiyi diqqətin də təqdir olunduğunu dedi.

Görüşdə Azərbaycanın malik olduğu nəqliyyat infrastrukturu və region ölkələri ilə siyasi əlaqələri nəticəsində Avrasiya regionunun əsas logistika mərkəzlərindən birinə çevrildiyi, Orta Dəhlizin inkişafında oynadığı mühüm rolu bir daha qeyd edildi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

Sonda senator Stiv Deyns Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim etdi.

Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Məqalədə: #Prezident İlham Əliyev

Mövzu üzrə digər xəbərlər

Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
Rəsmi Xronika

Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib

10 Sentyabr 13:37
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)

6 Sentyabr 15:34
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05

Son Xəbərlər

İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
13:00
Səudiyyə Ərəbistanında 11 sərhəd qanunu pozucusu saxlanılıb
Səudiyyə Ərəbistanında 11 sərhəd qanunu pozucusu saxlanılıb
12:50
Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
11:17
İlk qadın Pandoranın yaradılışı və bəşəriyyətin cəzalandırılması
İlk qadın Pandoranın yaradılışı və bəşəriyyətin cəzalandırılması
11:00
İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb
İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb
10:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.