14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Rəsmi Xronika
Rəsmi Xronika

Prezident İlham Əliyev Polşanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

27 İyun 2025 11:49
Prezident İlham Əliyev Polşanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Bakı. AzerVoice

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Polşa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pavel Radomskinin etimadnaməsini qəbul edib.

AzerVoice xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycanla Polşa arasında bir çox istiqamətdə əməkdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu vurğuladı, siyasi və iqtisadi sahədə əlaqələrimizin inkişafından məmnunluğunu bildirdi.

Prezident İlham Əliyev Polşanın Avropa İttifaqının üzvü olduğunu deyərək Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı istiqamətində də ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin önəminə toxundu. Dövlətimizin başçısı son dövrlərdə Azərbaycan ilə Avropa İttifaqı arasında yüksək səviyyəli təmasların ikitərəfli münasibətlərdə yeni səhifənin açılmasına şərait yaratdığını qeyd etdi.

Səfir Polşa Respublikasının Prezidenti Andjey Dudanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Andjey Dudaya çatdırmağı xahiş etdi.

Pavel Radomski Bakının inkişafının şahidi olduğunu deyərək, işğaldan azad edilmiş torpaqlarımıza səfər etdiyini bildirdi və orada aparılan genişmiqyaslı quruculuq işlərinin, həmçinin həmin ərazilərin təbiətinin onda dərin təəssürat hissi yaratdığını vurğuladı.

Söhbət zamanı münasibətlərimizin genişləndirilməsində iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın və Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyətinin əhəmiyyəti qeyd edildi.

Görüşdə iqtisadi-ticari, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Polşanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib Prezident İlham Əliyev Polşanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib Prezident İlham Əliyev Polşanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib Prezident İlham Əliyev Polşanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib Prezident İlham Əliyev Polşanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib Prezident İlham Əliyev Polşanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Məqalədə: #Prezident İlham Əliyev

Mövzu üzrə digər xəbərlər

Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
Rəsmi Xronika

Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib

10 Sentyabr 13:37
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)

6 Sentyabr 15:34
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05

Son Xəbərlər

Cənubi Koreya husilərin Səudiyyə Ərəbistanına hücumunu pisləyib
Cənubi Koreya husilərin Səudiyyə Ərəbistanına hücumunu pisləyib
14:05
Çin husiləri Səudiyyə Ərəbistanına hücumları dayandırmağa çağırıb
Çin husiləri Səudiyyə Ərəbistanına hücumları dayandırmağa çağırıb
14:00
İordaniya Ərəb Əmək Konfransına sədrlik edir
İordaniya Ərəb Əmək Konfransına sədrlik edir
13:40
İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb
İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb
13:27
"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
13:12
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.