12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Rəsmi Xronika
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Gәncә Memorial Kompleksində görülən işlərlə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gәncә Memorial Kompleksində görülən işlərlə tanış olublar. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlətimizin başçısına və birinci xanıma burada həyata keçirilən işlər barədə məlumat verib.

20 Avqust 2025 14:50
Baku
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Gәncә Memorial Kompleksində görülən işlərlə tanış olublar

BAKI, AzerVoice

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gәncә Memorial Kompleksində görülən işlərlə tanış olublar.

AzerVoice xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlətimizin başçısına və birinci xanıma burada həyata keçirilən işlər barədə məlumat verib.

Qeyd edək ki, Gəncə Memorial Kompleksinin təməlini Prezident İlham Әliyev 2022-ci ilin yanvarında qoyub. 44 günlük Vətən müharibəsində Ermənistan ordusunun mülki əhaliyə qarşı törətdiyi cinayətləri özündə əks etdirəcək Kompleks raket zәrbәlәrinә mәruz qalmış yaşayış binalarının vә keçmiş parkın yerlәşdiyi ərazidə yaradılır. Ümumi sahəsi 4 hektar təşkil edəcək Kompleksdə ikimәrtәbәli muzey binası və sәrgi zalı olacaq. Burada mülki әhaliyə qarşı törәdilmiş cinayәtlәrlə bağlı ekspozisiya, həmçinin dağıdılmış binaların yerlәri ziyarәtçilәrә nümayiş etdirilәcәk. Kompleksdə, həmçinin konfrans zalı da yaradılacaq. Ərazidəki parkda yaşıllaşdırma işlәri aparılacaq, 700-ә yaxın ağac, 12 mindәn çox dekorativ kol vә güllәr әkilәcәk. Ermənistan ordusu tərəfindən atılmış raketin izini simvolizә edәn spiralvari kraterin dәrinliyi 13 metrdir. Hazırda muzey binasının tikintisi ilə bağlı son tamamlanma, həmçinin ekspozisiyanın tәşkili vә әrazinin abadlaşdırılması işləri həyata keçirilir.

Qeyd edək ki, Azərbaycan müharibədən dərhal sonra sülh təşəbbüsləri ilə çıxış edib, sülh gündəliyinin reallaşması üçün ardıcıl iş aparıb və artıq sülh müqaviləsi tərəflər arasında paraflanıb. Buna baxmayaraq, xalqımıza qarşı törədilmiş müharibə cinayətlərinin unudulmaması, tariximizin gələcək nəsillərə çatdırılması baxımından bu cür komplekslər mühüm rola malikdir.

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Gәncә Memorial Kompleksində görülən işlərlə tanış olublar Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Gәncә Memorial Kompleksində görülən işlərlə tanış olublar Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Gәncә Memorial Kompleksində görülən işlərlə tanış olublar Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Gәncә Memorial Kompleksində görülən işlərlə tanış olublar
Məqalədə: #Prezident İlham Əliyev

Mövzu üzrə digər xəbərlər

Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
Rəsmi Xronika

Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib

10 Sentyabr 13:37
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)

6 Sentyabr 15:34
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.