5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəsmi Xronika
Rəsmi Xronika

Prezident İlham Əliyev Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Esvatini Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sibusisive Mnqomezulunu qəbul edib.

14 Aprel 2026 12:54
Prezident İlham Əliyev Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

BAKI, VOA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Esvatini Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sibusisive Mnqomezulunu qəbul edib.

VOA xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Esvatininin Kralı Əlahəzrət III Msvatinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Esvatini Kralına çatdırmağı xahiş etdi.

Dövlətimizin başçısı Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilmiş sammiti zamanı Esvatini Kralının ölkəmizə səfərini məmnunluqla xatırladaraq, onun gələn ay Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun sessiyasında iştirak edəcəyinə ümidvarlığını bildirdi.

Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Esvatini Krallığı arasında siyasi dialoqun səviyyəsindən məmnunluğunu ifadə etdi, digər sahələrdə əməkdaşlığı genişləndirmək üçün yaxşı potensialın olduğunu dedi.

Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzuladı.

Prezident İlham Əliyevin Azərbaycana uğurla rəhbərlik etdiyini vurğulayan səfir ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası, həmçinin iqtisadi inkişaf sahəsində əldə edilmiş uğurlar ilə bağlı təbriklərini çatdırdı. O, həmçinin regionda sülhün əldə edilməsində dövlətimizin başçısının diplomatik səylərinə və roluna toxunaraq, bununla bağlı da Prezident İlham Əliyevi təbrik etdi.

Səfir ikitərəfli əməkdaşlığımızın dərinləşdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirdi.

O, ölkəsinin Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurasının sədri qismində Afrika qitəsində sülhün təmin olunması istiqamətində ardıcıl səylərini davam etdirdiyini vurğuladı.

Söhbət zamanı Azərbaycan ilə Esvatininin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi qeyd edildi, energetika, elm, təhsil, humanitar, turizm, ətraf mühitin mühafizəsi, mədəniyyət və digər sahələrdə münasibətlərin qurulması üçün əlverişli imkanların olduğu bildirildi, potensial əməkdaşlıq sahələri ilə bağlı müzakirələrin aparılması üçün müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin önəminə toxunuldu.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib Prezident İlham Əliyev Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib Prezident İlham Əliyev Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib Prezident İlham Əliyev Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib Prezident İlham Əliyev Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib Prezident İlham Əliyev Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib Prezident İlham Əliyev Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib Prezident İlham Əliyev Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Məqalədə: #Prezident İlham Əliyev

Mövzu üzrə digər xəbərlər

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Rəsmi Xronika

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı

4 Sentyabr 18:03
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Rəsmi Xronika

Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

4 Sentyabr 15:21

Son Xəbərlər

Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.