6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəsmi Xronika
Rəsmi Xronika

Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda uğurla yekunlaşıb

Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Gənc arıçı” layihəsi Yevlax rayonunda uğurla yekunlaşıb. Layihə çərçivəsində 20 gənc ailə xüsusi təlim proqramına cəlb olunaraq arıçılıq sahəsində nəzəri və praktik biliklər əldə edib, onlara arı ailələri, pətəklər, arıçı geyimləri və digər avadanlıqlar təqdim olunub. Proqramın əsas məqsədi arıların ölkə üzrə yayılma arealının genişləndirilməsi, ekosahibkarlığın təşviqi, keyfiyyətli təbii bal istehsalının artırılması və gənc ailələrin sosial rifahının yüksəldilməsidir.

5 İyun 2026 17:23
Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda uğurla yekunlaşıb

BAKI,VOA

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Gənc arıçı” layihəsi Yevlax rayonunda uğurla yekunlaşıb.

VOA xəbər verir ki, layihə çərçivəsində Yevlax rayonundan müraciət edən 20 gənc ailə seçilərək cari il ərzində xüsusi təlim proqramına cəlb olunub. Təlimlər zamanı iştirakçılara təcrübəli arıçılar tərəfindən həm nəzəri biliklər, həm də praktik bacarıqlar aşılanıb. Proqramı başa vuran iştirakçılara arıçılıq təsərrüfatı qurmaq üçün arı ailələri, pətəklər, arıçı geyimləri, balsüzən aparat və digər zəruri avadanlıqlar təqdim edilib. Bununla da gənc ailələrin müstəqil təsərrüfat fəaliyyətinə başlaması üçün lazımi şərait yaradılıb.

Növbəti dövrdə isə layihə iştirakçılarına təsərrüfatlarının inkişafı, məhsuldarlığın artırılması, istehsal etdikləri təbii bal məhsullarının təqdimatı və satışı istiqamətində dəstək göstərilməsi davam etdiriləcək.

Xatırladaq ki, “Gənc arıçı” layihəsi IDEA İctimai Birliyi, Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və ABAD publik hüquqi şəxsin tərəfdaşlığı ilə 2021-ci ildən həyata keçirilir. Bu günədək layihə çərçivəsində ölkənin müxtəlif regionlarında yaşayan 80-dən çox gənc ailəyə arıçılıq təsərrüfatının qurulmasına dəstək göstərilib. Layihə iştirakçılarının istehsal etdikləri təbii bal məhsulları müxtəlif bal festivalları və yarmarkalarında təqdim olunub.

Layihənin xüsusi məqamlarından biri də Leyla Əliyevanın ötən dövr ərzində regionlara səfərləri zamanı "Gənc arıçı" layihəsinin iştirakçılarını evlərində ziyarət etməsi, onların təsərrüfatları ilə tanış olması, fəaliyyətləri ilə maraqlanması və dəstək göstərməsidir.

Qeyd edək ki, “Gənc arıçı” layihəsinin əsas məqsədi biomüxtəlifliyin qorunmasında mühüm rol oynayan arıların ölkə üzrə yayılma arealının genişləndirilməsi, arıçılığın ekosahibkarlıq forması kimi regionlarda təşviqi, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı fəaliyyətlərinin dəstəklənməsi və keyfiyyətli təbii bal istehsalının artırılmasıdır.

Layihə, eyni zamanda, gənc ailələrin sosial rifahının yaxşılaşdırılmasına, regionlarda dayanıqlı məşğulluğun təmin olunmasına və ailə təsərrüfatlarının inkişafına töhfə verir.

Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda uğurla yekunlaşıb Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda uğurla yekunlaşıb Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda uğurla yekunlaşıb Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda uğurla yekunlaşıb Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda uğurla yekunlaşıb Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda uğurla yekunlaşıb Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda uğurla yekunlaşıb Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda uğurla yekunlaşıb Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda uğurla yekunlaşıb Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda uğurla yekunlaşıb Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda uğurla yekunlaşıb Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda uğurla yekunlaşıb Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda uğurla yekunlaşıb
Məqalədə: #Leyla Əliyeva #Heydər Əliyev Fond #IDEA İctimai Birlik

Mövzu üzrə digər xəbərlər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər
Siyasət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

30 Avqust 21:57
Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da keçirilən tədbirlərdən görüntülər paylaşıb
Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da keçirilən tədbirlərdən görüntülər paylaşıb

26 Avqust 20:02
Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər
Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər

26 Avqust 18:28
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib
Mədəniyyət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

18 İyul 12:53

Son Xəbərlər

Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.