5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəsmi Xronika
Rəsmi Xronika

Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində iştirak ediblər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində iştirak ediblər. Sənaye parkı 2024-cü ildə imzalanmış fərman əsasında yaradılıb. Layihə Naxçıvan şəhərinin cənub-qərb hissəsində 310 hektar ərazidə həyata keçiriləcək. Parkda müasir istehsal, inzibati və sosial infrastrukturun yaradılması planlaşdırılır. Hazırda potensial sahibkarların layihəyə cəlb olunması istiqamətində danışıqlar aparılır. Azərbaycanda artıq 8 sənaye parkı fəaliyyət göstərir. Bu parklarda 184 rezident qeydiyyata alınıb və milyardlarla manat investisiya cəlb olunub.

11 Avqust 2026 20:05
Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində iştirak ediblər

BAKI,VOA

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində iştirak ediblər.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına və Birinci xanıma Naxçıvan Sənaye Parkı barədə məlumat verdi.

Bildirildi ki, bu sənaye parkı Azərbaycan Prezidentinin 2024-cü ildə imzaladığı Fərmanla yaradılıb. Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili məqsədilə ilkin olaraq ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, növbəti mərhələdə isə xarici və daxili infrastrukturun, o cümlədən elektrik və istilik enerjisi, qaz, su, rabitə, nəqliyyat, istehsal, inzibati, sosial və digər obyektlərin yaradılması nəzərdə tutulur. Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan-Sədərək avtomobil yolunun cənubunda yerləşən bu sənaye parkı 310 hektar ərazini əhatə edəcək. Artıq sənaye parkına potensial sahibkarların cəlb olunması istiqamətində bir sıra layihələr üzrə danışıqlar aparılır.

Ölkəmizdə hazırda 8 sənaye parkı (Sumqayıt Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Ağdam Sənaye Parkı, Hacıqabul Sənaye Parkı, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı, Balaxanı Sənaye Parkı) fəaliyyət göstərir.

Bundan başqa, Gəncə şəhərinin və Şəmkir rayonunun inzibati ərazilərində yaradılacaq Qərb Sənaye Parkında infrastrukturun qurulması üçün texniki şərtlərin alınması prosesi aparılır.

Bu sənaye parklarında ümumilikdə 184 rezident qeydiyyata alınıb ki, onların da 101-i artıq fəaliyyət göstərir. İndiyədək rezidentlər tərəfindən 7,1 milyard manatdan çox investisiya cəlb edilib, 11 min 500-dən çox iş yeri yaradılıb.

Xatırladaq ki, 2026-cı ilin iyulun 1-ə olan məlumata görə, sənaye parklarında ümumilikdə 21,4 milyard manatlıq məhsul istehsal edilib, bunun da 6,7 milyard manatlıq hissəsi ixrac olunub.

Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində iştirak ediblər Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində iştirak ediblər Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində iştirak ediblər Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində iştirak ediblər Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində iştirak ediblər Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində iştirak ediblər
Məqalədə: #Mehriban Əliyeva #Prezidenti İlham Əliyev

Mövzu üzrə digər xəbərlər

Birinci xanım Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Rəsmi Xronika

Birinci xanım Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

1 Sentyabr 14:05
Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat yayılıb
Siyasət

Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat yayılıb

31 Avqust 14:55
Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir
Rəsmi Xronika

Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

28 Avqust 12:20
Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da keçirilən tədbirlərdən görüntülər paylaşıb
Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da keçirilən tədbirlərdən görüntülər paylaşıb

26 Avqust 20:02

Son Xəbərlər

İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.