14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabCars Offroad & 4x4
Offroad & 4x4

ABŞ-da əsl Toyota Land Cruiser-ə ən yaxın alternativ - Nissan Armada Pro-4X

Böyük ölçülü tam ötürücülü (4x4) krossover və SUV seqmentində kartlar yenidən paylanılır. "Toyota" şirkətinin ABŞ bazarından klassik "Land Cruiser 200" modelini çıxarmasından və yerinə daha kiçik ölçülü "Prado" (Land Cruiser 250) platformasını təqdim etməsindən sonra yaranan boşluğu "Nissan" doldurmağa iddialıdır. Üçüncü nəslinə qədəm qoyan yeni 2026-cı il Nissan Armada Pro-4X, tətbiq edilən off-road texnologiyaları və ramlı gövdə strukturu ilə ABŞ-da "həqiqi Land Cruiser" ruhunu yaşadan ən yaxın alternativ kimi qiymətləndirilir.

23 İyul 2026 16:11
ABŞ-da əsl Toyota Land Cruiser-ə ən yaxın alternativ - Nissan Armada Pro-4X

BAKI, VOA

Böyük ölçülü tam ötürücülü (4x4) krossover və SUV seqmentində kartlar yenidən paylanılır. "Toyota" şirkətinin ABŞ bazarından klassik "Land Cruiser 200" modelini çıxarmasından və yerinə daha kiçik ölçülü "Prado" (Land Cruiser 250) platformasını təqdim etməsindən sonra yaranan boşluğu "Nissan" doldurmağa iddialıdır. Üçüncü nəslinə qədəm qoyan yeni 2026-cı il Nissan Armada Pro-4X, tətbiq edilən off-road texnologiyaları və ramlı gövdə strukturu ilə ABŞ-da "həqiqi Land Cruiser" ruhunu yaşadan ən yaxın alternativ kimi qiymətləndirilir.

VOA xəbər verir ki, avtomobil köhnəlmiş atmosferik V8 mühərrikindən imtina edərək daha müasir, ikiqat turboşarjlı V6 mühərrikinə və yüksək keçid qabiliyyətinə malik adaptiv asqı sisteminə keçid edib.

Eksterier və interyer: Klassik formaların müasir şərhi

2026-cı il "Armada Pro-4X" rəqibləri olan "Chevrolet Tahoe", "Ford Expedition" və "Jeep Grand Wagoneer" modelləri ilə müqayisədə daha yığcam gövdə ölçülərinə malikdir. Kvadrat formalı eksterier, qısa gövdə çıxıntıları (overhangs) və yüksəkdə yerləşdirilmiş duman əleyhinə fənərlər avtomobilin birbaşa çətin yol şəraiti üçün layihələndirildiyini göstərir. Ön hissədə birinci nəsil "Pathfinder" modelinə istinad edən üçlü hava kanalı dizaynı və narıncı rəngli dartı ilmələri (tow hooks) modelə xüsusi görünüş qatır.

Salonda ilk diqqət çəkən məqam tək şüşə paneli altında birləşdirilmiş iki ədəd 14.3 düymlük rəqəmsal ekrandır. Bununla belə, "Nissan" mühəndisləri iqlim nəzarəti və əsas funksiyalar üçün analoq düymələri və keçiriciləri (toggles) saxlayıblar. Üç cərgəli dəri oturacaqlar narıncı tikişlərlə bəzədilib. İkinci cərgədəki "captain’s chairs" oturacaqları uşaq kreslolarını sökədən üçüncü cərgəyə rahat keçid sağlayan "tilt-and-slide" mexanizminə malikdir. Lakin müstəqil arxa asqı sisteminin quruluşuna görə arxa yük bölməsi tam hamar deyil və rəqiblərinə nəzarən bir qədər dar həcm təklif edir.

Mühərrik göstəriciləri və off-road potensialı

"Pro-4X" komplektasiyası standart olaraq 3.5 litrlik ikiqat turboşarjlı V6 mühərriki ilə təchiz olunub:

Maksimal güc: 425 at gücü (5,600 dövr/dəq).

Fırlanma anı: 698 Nm (516 lb-ft / 3,600 dövr/dəq).

Sürətlər qutusu: 9 pilləli avtomat transmissiya.

Yedəkləmə gücü: 3,855 kq (8,500 pounds).

Off-road dəstinə iki pilləli paylayıcı qutu (2-speed transfer case), elektron bloklanan arxa diferensial, pnevmatik asqı sistemi və yanacaq çənini, mühərrik karterini örtən üçlü polad qoruyucu lövhələr (skid plates) daxildir. Klirens məsafəsi pnevmoxod sayəsində 24.3 sm ilə 29.5 sm (9.6 - 11.6 düym) arasında dəyişir. Yaklaşma bucağı isə 30-33 dərəcə təşkil edir. Avtomobil 20 düymlük disklərdə "Yokohama Geolandar All-Terrain" şinləri ilə təmin olunur.

Sürüş təəssüratları və yanacaq sərfiyyatı

Mühərrikin güc ehtiyatı həm şəhər içi, həm də magistral yollarda tam kifayət edir. Sələfi olan köhnə V8 mühərriki ilə müqayisədə turbo-V6 daha çevik reaksiyaya malikdir. Yumaşaq tənzimlənmiş pnevmatik asqı yol nahamarlaşmalarını asanlıqla udur, lakin sert döngələrdə gövdə yellanması (body roll) hiss olunur.

EPA göstəricilərinə əsasən avtomobilin yanacaq sərfiyyatı şəhər daxilində 100 km-ə təxminən 15.6 litr (15 mpg), magistralda 13 litr (18 mpg), qarışıq rejimdə isə 14.7 litr (16 mpg) təşkil edir. Real sınaq yürüşü zamanı ortalama göstərici 14.8 litr olaraq qeydə alınıb.

2026-cı il "Nissan Armada" modelinin baza variantı 61,030 dollardan başlasa da, sınaqdan keçirilən tam təchizatlı "Pro-4X" versiyasının qiyməti 81,675 dollar təşkil edir. Bu göstərici ABŞ bazarından çıxarılan "Land Cruiser 200" seriyasından daha ucuzdur. Bəzi interyer materiallarının plastikliyi və arxa yük sahəsinin nisbətən kiçik olması mənfi cəhət kimi qeyd edilsə də, çətin yol şəraitində nümayiş etdirdiyi real off-road bacarığı modeli öz seqmentində unikal mövqeyə çıxarır.

Məqalədə: #avtomobil #Nissan #Nissan-dan strateji U-dönüşü: Elektrikli gələcəyə hibrid dayanacağı #Chevrolet Silverado 2500HD qiyməti #Chevrolet Tahoe #Chevrolet Camaro #Avtomobil xəbərləri #Armada #Chevrolet Colorado #Chevrolet Silverado and GMC Sierra rims #Toyota Land Cruiser 300 Series hybrid specs #Toyota Land Cruiser #Nissan Armada #Land Cruiser 250 #Land Cruiser 200 #2026 Nissan Armada Pro-4X off road SUV test #3.5-liter twin-turbo V6 425 hp 516 lb-ft torque #Locking rear differential air suspension ground clearance #Toyota Land Cruiser 200 series alternative US market #Yokohama Geolandar All-Terrain tires 9-speed automatic

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı ilk milli avtomobil brendini sentyabrın 21-də təqdim edəcək
Avto İcmal və Testlər

Səudiyyə Ərəbistanı ilk milli avtomobil brendini sentyabrın 21-də təqdim edəcək

07:56
701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı
Avto İcmal və Testlər

701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı

12 Sentyabr 10:11
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
Offroad & 4x4

2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları

10 Sentyabr 23:00
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
Offroad & 4x4

İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi

9 Sentyabr 23:03

Son Xəbərlər

İraq “Şevron”la Qərbi Qurna-2 yatağına dair müqavilə imzalayıb
İraq “Şevron”la Qərbi Qurna-2 yatağına dair müqavilə imzalayıb
11:20
İordaniya və Fələstin əmək bazarında əməkdaşlığı genişləndirir
İordaniya və Fələstin əmək bazarında əməkdaşlığı genişləndirir
11:17
İraq qırıcıları Diyalada İŞİD sığınacağını məhv edib
İraq qırıcıları Diyalada İŞİD sığınacağını məhv edib
11:08
Feysəl bin Fərhan hindistanlı həmkarı ilə regional məsələləri müzakirə edib
Feysəl bin Fərhan hindistanlı həmkarı ilə regional məsələləri müzakirə edib
10:59
Səudiyyə Ərəbistanı xarici siyasət və regional təhlükəsizlik üzrə danışıqlar aparıb
Səudiyyə Ərəbistanı xarici siyasət və regional təhlükəsizlik üzrə danışıqlar aparıb
10:50
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.