6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Energetika Neft və qaz
Neft və qaz

2027-ci ildə Çinin ən böyük təbii qaz ixracatçısı olacağıq - Qazprom

29 İyun 2024 01:46
2027-ci ildə Çinin ən böyük təbii qaz ixracatçısı olacağıq - Qazprom

Bakı, VOA

Rusiyanın enerji şirkəti “Qazprom”un prezidenti Aleksey Miller 2027-ci ildə illik 10 milyard kubmetr təbii qazın Uzaq Şərq marşrutu ilə Çinə nəqlinə başlayacaqlarını açıqlayıb. “

VOA xəbər verir ki, Miller verdiyi yazılı açıqlamada Çində təbii qaz tələbatının artmasının davam edəcəyini bildirib.

“Sibirin Gücü və Uzaq Şərqin qaz kəmərləri tam potensialına çatdıqda Rusiya Çinin ən böyük qaz tədarükçüsü olacaq”, – Miller deyib.

Qazprom-un Sibirin Gücü xətti ilə Çinə təbii qaz nəqlinin “sistemli şəkildə” artdığına diqqət çəkən Miller, “Gələn il xətt tam gücünə çatdıqda, ildə 38 milyard kubmetr qaz nəql ediləcək. Bu ilin əvvəlindən biz Çin istehlakçılarına rekord səviyyədə gündəlik qaz tədarükünü həyata keçirmişik”- deyə əlavə edib.

Həmçinin, o İllik 10 milyard kubmetr qaz tutumu ilə Uzaq Şərq marşrutunun 2027-ci ildə aktivləşdiriləcəyini bildirib.

Onu da əlavə edək ki, Orta Asiya ölkələrində də enerji tələbatının artacağına diqqət çəkən Miller, “Ortaq məqsədimiz təbii qaz nəql potensialını böyütmək və Orta Asiyada istehlakçılara etibarlı, uzunmüddətli qaz tədarükünü təmin etməkdir” – deyə vurğulayıb.

Miller, ötən il Orta Asiya-Mərkəzi Xəttlə vasitəsiylə Özbəkistana ilk təbii qaz nəqlinə başladıqlarını qeyd edib.

Qeyd edək ki, Qazprom 1999-cu ildən bəri ilk dəfə ili zərərlə bağlasa da, şirkət Avropada yaşadığı bazar itkisini kompensasiya etmək üçün ixrac bazarlarını diversifikasiya etməyə çalışır

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Məqalədə: #Rusiya #Çin #Qazprom

Mövzu üzrə digər xəbərlər

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir
Avto İcmal və Testlər

ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

3 Sentyabr 21:37
Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb
Misir

Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb

3 Sentyabr 16:08
Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan
Siyasət

Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan

3 Sentyabr 13:34

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.