8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Energetika Neft və qaz
Neft və qaz

Azərbaycanın Türkiyəyə təbii qaz satışından gəlirləri 112 milyon dollar azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyəyə 3,191 milyard kubmetr həcmində təbii qaz ixrac edib.

7 İyul 2025 13:08
Azərbaycanın Türkiyəyə təbii qaz satışından gəlirləri 112 milyon dollar azalıb

BAKI,AzerVoice

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyəyə 3,191 milyard kubmetr həcmində təbii qaz ixrac edib.

AzerVoice-in Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, bu həcmdə təbii qaz ixracından əldə olunan gəlir 894,9 milyon ABŞ dolları olub.

Türkiyəyə qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 4 milyon kubmetr və ya 0,1% artıb, dəyər ifadəsi ilə 112,1 milyon ABŞ dolları, yaxud da 11,1% azalıb.

Belə ki, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycandan Türkiyəyə 3,187 milyard kubmetr həcmində, 1,007 milyard ABŞ dolları dəyərində təbii qaz ixrac edilmişdi.

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında Azərbaycana idxal edilən təbii qazın həcmi 176,5 milyon kubmetr, dəyəri isə 27,2 milyon ABŞ dolları olub. Bununla yanaşı, ilin ilk dörd ayında Azərbaycandan ixrac edilmiş təbii qazın ümumi həcmi 8,2 milyard kubmetr, dəyəri isə 3,1 milyard ABŞ dolları təkil edib.

Xatırladaq ki, bu dövrdə Azərbaycandan Gürcüstana, Serbiyaya, Türkiyəyə, Bolqarıstana, İtaliyaya və Yunanıstana təbii qaz ixrac edilib, Rusiya və Türkmənistandan isə idxal olunub.

Məqalədə: #Türkiyə #Azərbaycan #Dövlət Statistika Komitəsi #təbii qaz #İkitərəfli əlaqələr #iqtisadi və ticari əlaqələr

Mövzu üzrə digər xəbərlər

İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraq

İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb

5 Sentyabr 15:52
Hörmüz boğazından neft tədarükünün əvvəlki həcmi bərpa olunub - Tramp
Neft və qaz

Hörmüz boğazından neft tədarükünün əvvəlki həcmi bərpa olunub - Tramp

3 Sentyabr 16:37
Səudiyyə enerji sektoru birinci yarımildə 67 milyard dollarlıq mənfəət əldə edib
Neft və qaz

Səudiyyə enerji sektoru birinci yarımildə 67 milyard dollarlıq mənfəət əldə edib

3 Sentyabr 13:19
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib
Neft və qaz

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib

3 Sentyabr 11:32

Son Xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
19:13
İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır
İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır
19:07
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
19:02
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
18:57
Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib
Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib
18:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.