11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

Avropanın bəzi dairələrində son zamanlar Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin dinamikası narahatlıq doğurur – Sevil Mikayılova

1 Fevral 2024 13:24
Avropanın bəzi dairələrində son zamanlar Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin dinamikası narahatlıq doğurur – Sevil Mikayılova

Bakı, AzerVoice:

Təəssüf ki, Avropanın bəzi dairələrində son zamanlar Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin dinamikası narahatlıq doğurur. Biz bir sıra dövlətlərin parlamentləri, eləcə də xarici siyasət idarələri tərəfindən Azərbaycana qarşı qərəzli bəyanatların səsləndirilməsini görürük.

AzerVoice xəbər verir ki, bunu deputat Sevil Mikayılova Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

S.Mikayılova bildirib ki, Niderland parlamentinin Xarici İşlər Komitəsinin iclasında Azərbaycan–Ermınistan arasında münasibətlərin müzakirəsi zamanı Azərbaycana qarşı yenə də əsassız ittihamlar səsləndirilib.

“Ermənistanın təəssübkeşliyi fonunda Azərbaycan tərəfi qınanılıb. Niderlandlı həmkarlarımızın diqqətinə çatdırmaq istəyirik ki, bu cür gedişlər ikitərəfli münasibətləri ciddi şəkildə zədələyir, gələcək əməkdaşlığımızı suaı altına qoyur.

Məhz bu cür məsuliyyətsiz bəyanatlara görə, Niderland xarici işlər nazirinin ölkəmizə səfərinin Azərbaycan tərəfindən təxirə salındığı məlumdur. Azərbaycan tərəfi səfər zamanı Azərbaycan-Ermənistan normallaşma prosesinin və ya Azərbaycanın daxili məsələlərinin deyil, yalnız ikitərəfli münasibətləri müzakirə etmək niyyətinin olduğunu qarşı tərəfə bildirib”, - deyə S.Mikayılova əlavə edib.

S.Mikayılova əlavə edib ki, əgər niderlandlı parlamentarilər həqiqətən Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunmasını istəyirlərsə, o zaman qərəzli bəyanatlar verməyi dayanadırmalı, ən azı hazırda pozitiv məcrada gedən prosesə zərbə vurmamalıdırlar.

“Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, heç bir dövlətin ərazisinə iddia etmir, yeni müharibə başlatmaq kimi niyyəti də yoxdur. Elə isə Cənubi Qafqazda yeni müharibənin olacağı ilə bağlı iddialar hardan qaynaqlanır, Avropalı həmkarlarımızda bu narahatlığı kim oyadıb? Həm Azərbaycan, həm də Ermənistan sülh prosesinə alternativ görmür. Son zamanlar Ermənistan tərəfindən də müəyyən pozitiv siqnallar var. Görünür ki, hadisələrin bu cür inkişafı bu dairələri narazı salıb və onlar iftiralarla Azərbaycana hücüma keçmək xəttini tutublar. Müharibə layihəsini Cənubi Qafqaza proyeksiya etmək istəyi ilk növbədə təhlükəlidir və bu istəyin fəsadları kifayət qədər ağır olacaq. Azərbaycan və Aİ arasında münasibətlərə xələl gətirmək üçün çalışan bu qüvvələr hətta uzağa gedib Azərbaycana sanksiyalar tətbiq olunmasına çağırış edirlər. Bir daha bildiririk ki, münasibətlərimiz bərabərhüquqludur və hər hansı tərəfin digərinə diqtəsi qəbuledilməzdir. Azərbaycan beynəlxalq öhdəliklərinə sadiqdir, əldə olunmuş razılaşmalardan çıxmaq tərəflər üçün məsuliyyət yaradır”, - deyə S.Mikayılova əlavə edib.

Məqalədə: #Sevil Mikayılova

Mövzu üzrə digər xəbərlər

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
Rəy

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu

10 Sentyabr 15:56
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

10 Sentyabr 09:00
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?

9 Sentyabr 09:00
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

8 Sentyabr 16:26

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.