15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

İran üçün son sınaq günü - Kim qalib gələcək?

6 İyul 2024 15:09
İran üçün son sınaq günü - Kim qalib gələcək?

Bakı, VOA

"İranda prezident seçkiləri önəmli olsa da, nominaldır. Ölkənin birinci şəxsi dini liderdir. Hər kəsə dini liderin kimliyi maraqlıdır".

VOA xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu bu gün İranda keçirilən prezident seçkilərinin ikinci turunu şərh edərkən deyib.

Siyasi şərhçi bildirib ki, bu seçki bütün dünya, xüsusən də Qərb üçün, İsrail və Azərbaycan üçün də çox önəmlidir:

"Təbii ki, İranda keçiriləcək ikinci tur prezident seçkilərinin problemsiz keçəcəyinə hər hansı bir şübhəmiz olmamalıdır. Çünki İran nə qədər sıxıntılı ölkə olsa da, ən azı seçkilərin insidentsiz keçirilməsində yetərincə təcrübəyə malikdir. Digər tərəfdən, bu seçkilərdə fikir verməli olduğumuz əsas iki məqam var. Birincisi odur ki, sadəcə İran üçün deyil, eyni zamanda, bütün dünya, xüsusən də Qərb üçün, İsrail və Azərbaycan üçün də bu seçki çox önəmlidir. Önəmi odur ki, seçkilərdə islahatçı qanad ilə mühafizəkar qanad arasında rəqabət gedir. Hər iki namizəd yetərincə təcrübəlidir, siyasi xarizmaya malikdir. Amma bu gün onu görürük ki, İranın bir sıra eks dövlət rəsmiləri, Xatəmi, Zərif və digərləri islahatçı Məsud Pezeşkiana səs verəcəklərini açıq şəkildə bəyan edirlər".

Həmsöhbətimizə görə, bu da İran daxilində ciddi narazılıqdan xəbər verir:

"Həmin narazılıq milli, dini, məzhəbi kəsimlər arasında deyil, eyni zamanda mühafizəkarların öz daxilində olan narazılığın açıq şəkildə üzə çıxmasıdır. İran mühafizəkarları iki hissəyə bölünür. Onların bir qismi birbaşa Əli Xameneinin oğluna tabe olanlardan ibarətdir. Digərləri isə hər nə qədər mühafizəkar olsa da, öz daxilllərində dəyişikliklərin olmasını istəyirlər".

Ekspertin fikrincə, prezident seçkilərində kimin qalib olmasından asılı olmayaraq, İranın xarici siyasət və digər atdığı addımlarda hər hansı bir dəyişiklik olmayacaq:

"Xüsusən də nüvə məsələsində İranın hər hansı bir dəyişiklik edəcəyi mümkün deyil. Əksinə, mühafizəkarlar uduzacağı təqdirdə, İran nüvə proqramını daha aktiv hala gətirəcək. Hətta gələcəkdə İranda rejim dəyişikliyi ehtimalı olsa da belə, Qərb bu ölkəyə nüvə proqramını rahat şəkildə inkişaf etdirməyə imkan verəcək. Çünki ondan zamanında həm Pakistana qarşı, həm də ərəb dünyasını təhdiddə saxlamaq üçün istifadə olunacaq".

Ekspert bildirib ki, bu gün İranda prezident seçkilərindən daha çox müzakirə olunan məsələ növbəti dini liderin kim olacağı məsələsidir:

"Əli Xamenei çox yaşlıdır. Hər kəs yeni dini liderin kim olacağını gözləyir. Məhz bu məsələ qat-qat strateji, önəmli və ağrılı nəticələrə gətirib çıxaracaq bir proses olacaq. Bu posta isə Xameneinin oğlu Müctəda Xameneinin gəlməsi ehtimalı yüksəkdir. O, Mahmud Əhmədinecatın prezident olduğu dövrdən ölkədə bir çox proseslərə idarə edir. Lakin daha sonra onunla Əhmədinecat arasında ciddi sıxıntı yarandı. Əhmədinecat onu hətta korrupsiyada ittiham etdi".

Qeyd edək ki, bu gün 5-də İranda prezident seçkilərinin ikinci turu keçirilir. Namizədlər islahatçı Məsud Pezeşkian və mühafizəkar qanadın nümayəndəsi Səid Cəlilidir.

Məqalədə: #Rufiz Hafizoğlu

Mövzu üzrə digər xəbərlər

İranla Oman Hörmüzlə bağlı razılığa gəldi: ABŞ nə edəcək? - Rufiz Hafizoğlu
Rəy

İranla Oman Hörmüzlə bağlı razılığa gəldi: ABŞ nə edəcək? - Rufiz Hafizoğlu

14 Sentyabr 15:02
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
ArabAZ analitika: Geosiyasi təhlillər

Tramp İran məsələsində Venesuela variantını istisna etmir

13 Sentyabr 21:59
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
ArabAZ analitika: Geosiyasi təhlillər

Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?

13 Sentyabr 08:42
İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
ArabAZ analitika: Geosiyasi təhlillər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq

12 Sentyabr 18:28

Son Xəbərlər

Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
00:10
Tarixdə bu gün - 15 sentyabr
Tarixdə bu gün - 15 sentyabr
00:01
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
14 Sentyabr 22:34
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
14 Sentyabr 22:07
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
14 Sentyabr 21:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.