5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəy
Rəy

Netanyahu hökuməti istefaya gedə bilər - Rufiz Hafizoğlu

13 İyul 2024 20:19
Netanyahu hökuməti istefaya gedə bilər - Rufiz Hafizoğlu

Bakı. AzerVoice

"Yaxın müddətdə savaş bitməyəcək, çünki İsrail məqsədlərinə nail olmayıb".

AzerVoice xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu İsraillə HƏMAS-ın Qəzza zolağında münaqişəsinin həll planının əsas müddəaları barədə razılığa gəlmələrini şərh edərkən deyib. 

"Bundan öncə də müxtəlif səpkidə sülh danışıqlarının davam etdirilməsi kimi xəbərləri oxuyurduq. Hətta iki dəfə HƏMAS danışıqlara hazır olduğunu elan etmişdi. Lakin İsrail tərəfi anlaşmanı rədd etdi. Düzdür, hazırda Qəzzadə hərbi əməliyyatlar bir qədər səngiyib. İsrailin intensiv hücumları indi daha çox nöqtə atışları kimi qeydə alınır. Amma bunlar savaşın bitməsi demək deyil. Ümumiyyətlə, savaş yaxın müddətdə bitməyəcək, o davam edəcək", deyə Rufiz Hafizoğlu bildirib.

"Məqsəd HƏMAS-ın tam məhvi idi. Lakin sonradan bəlli oldu ki, bu, imkansızdır. Bu da onu göstərir ki, İsrail kəşfiyyatı HƏMAS barədə yetərincə bilgi toplaya bilməyib. Onlar belə bir müqavimətin olacağını ağıllarına gətirməyiblər. Qəzzadakı tunellər hələ də aktivdir", deyə təhlilçi qeyd edib. 

Ekspertin fikrincə, yaxın günlərdə İsraildə ciddi istefaların şahidi olacağıq:

"Atəşkəsin olub-olmayacağı sürüşkən sualdır. Tərəflər danışıqlara çox yaxındır. Amma danışıq prosesi olduqca kövrəkdir. Bu müvəqqəti atəşkəs olacaq və özü ilə daha ciddi problemləri bölgəyə daşıyan proses olacaq. Atəşkəs hələ sülh deyil. İsraildə bu məsələdə ordu ilə baş nazir arasında ciddi fikir ayrılığı var. Yaxın günlərdə İsraildə ciddi istefaların olacağını da istisna etmirəm. Hətta baş nazir Benyamin Netanyahu hökumətinin istefaya getməsi gündəmə gələ bilər". 

Həmsöhbətimiz düşünür ki, mövcud status-kvo hardasa İsrail hakimiyyətinə də xeyir edən statusdur:

"Çünki bundan sonrası İsrail üçün daha çətin olacaq. Müharibə davam edəcək. İsrail  sərhədlərini təyin etmədikcə bölgədə sülh olmayacaq".

Qeyd edək ki, "Washington Post"un yazdığına görə, İsrail və Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin həlli planının əsas müddəaları barədə razılığa gəliblər. "ABŞ-ın yüksək rütbəli rəsmisi bildirib ki, əsas müddəalar razılaşdırılıb və tərəflər indi onların necə həyata keçiriləcəyi ilə bağlı detalları müzakirə edirlər", deyə nəşr qeyd edib. 

Məqalədə: #Rufiz Hafizoğlu

Mövzu üzrə digər xəbərlər

İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu
Rəy

İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu

25 Avqust 14:56
İranın qalib gəldiyi barədə yanaşma reallığı tam əks etdirmir - Rufiz Hafizoğlu
Rəy

İranın qalib gəldiyi barədə yanaşma reallığı tam əks etdirmir - Rufiz Hafizoğlu

25 Avqust 14:13
HƏMAS seçkilərə qayıdır? Təşkilatın qarşısında hansı siyasi ssenari var?
Rəy

HƏMAS seçkilərə qayıdır? Təşkilatın qarşısında hansı siyasi ssenari var?

15 Avqust 10:06
Məkkə sazişi Yaxın Şərqdə təhlükəsizlik balansını dəyişə bilərmi?
Rəy

Məkkə sazişi Yaxın Şərqdə təhlükəsizlik balansını dəyişə bilərmi?

13 Avqust 16:52

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.