6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəy
Rəy

Fransada öz xidməti vəzifəsini yerinə yetirən azərbaycanlı jurnalistə təzyiq göstərilməsi utancvericidir - Sevil Mikayılova

7 Dekabr 2023 13:23
Fransada öz xidməti vəzifəsini yerinə yetirən azərbaycanlı jurnalistə təzyiq göstərilməsi utancvericidir - Sevil Mikayılova

Bakı. AzerPress:

Fransa özünü insan hüquqularının, söz azadlığının çarçısı kimi qələmə verməyə çalışsa da, həqiqətin tamamilə fərqli olduğunun şahidi oluruq. Fransanın müstəmləkəsi olan Yeni Kaledoniyaya ezam edilmiş azərbaycanlı jurnalistin peşəkar fəaliyyətini yerinə yetirməsinə qanuni əsas göstərmədən maneə törədilməsi yolverilməzdir.

Bunu AzerPress-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Onun sözlərinə görə, baş verən hadisə özünü demokratiya beşiyi kimi təqdim edən ölkələrdə söz və ifadə azadlığına, azad jurnalistika fəaliyyətinə edilən təzyiqlərin açıq isbatıdır.

"Heç bir demokratik ölkədə jurnalistə qarşı bu cür təzyiqə yol verilməməlidir. Lakin Fransada bu hal baş verir. Dünyada medianın fəaliyyətinin qorunması beynəlxalq hüquqla tənzimlənir. Görünən odur ki, Fransa hakimiyyəti bu hüquqlara da məhəl qoymur. Fransada öz xidməti vəzifəsini yerinə yetirən jurnalistə əsassız şəkildə təzyiq göstərilməsi yolverilməzdir və bu hadisənin törədilməsi böyük təəssüf doğurur.

Dünya ictimaiyyəti, beynəlxalq media qurumları, jurnalist təşkilatları Fransanın bu utancverici addımını qınamalıdır", - deyə S.Mikayılova əlavə edib.

S.Mikayılova qeyd edib ki, son illər Fransada olan sosial və siyasi problemlər bütün dünyanın diqqət mərkəzindədir.

"Fransa hakimiyyəti təməl hesab olunan insan hüquqlarına da məhəl qoymur, öz vətəndaşlarına qarşı zorakılıqlar tətbiq edir. Ölkədə insan hüquqları kobud şəkildə pozulur, mətbuat azadlığı boğulur. Prezident Emmanuel Makronun hakimiyyəti dövründə bu hadisələrin çoxluğu artıq xarakterik hal alıb, hakimiyyət bu kimi antidemokratik hallarla nəinki mübarizə aparmır, özü bu üsullara əl atır", - deyə S.Mikayılova əlavə edib.

S.Mikayılova onu da qeyd edib ki, Fransada azərbaycanlı jurnalistə qarşı edilən qeyri-etik davranış bütün dünya mediasını düşündürməlidir.

"Fransada xarici media təmsilçilərinin təhlükəsizliyi ciddi təhdid altındadır. Görünən odur ki, Fransa hakimiyyəti onların maraqlarına zidd olan mitinqləri işıqlandıran bütün jurnalistlərin zor gücü ilə qarşısını almaq istəyir", - deyə S.Mikayılova əlavə edib.

Fransada öz xidməti vəzifəsini yerinə yetirən azərbaycanlı jurnalistə təzyiq göstərilməsi utancvericidir - Sevil Mikayılova
Məqalədə: #Fransa #Sevil Mikayılova

Mövzu üzrə digər xəbərlər

Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Digər Dövlətlər

Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub

5 Sentyabr 18:45
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
Digər Dövlətlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır

4 Sentyabr 21:12
Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb
Digər Xəbərlər

Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

3 Sentyabr 21:03

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.