4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəy
Rəy

Dünya isə bütün qurumları və qaydaları ilə iflas edib, böyük bir qaranlığa doğru gedirik - Bayraktar

“Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar CNN Türk-ə verdiyi müsahibədə müdafiə sənayesi, texnologiya və bölgədəki vəziyyətlə bağlı mühüm açıqlamalar verib.

16 İyul 2025 16:44
Dünya isə bütün qurumları və qaydaları ilə iflas edib, böyük bir qaranlığa doğru gedirik  - Bayraktar

BAKI, AzerVoice

“Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar CNN Türk-ə verdiyi müsahibədə müdafiə sənayesi, texnologiya və bölgədəki vəziyyətlə bağlı mühüm açıqlamalar verib.

AzerVoice xəbər verir ki, o, Türkiyənin müdafiə sahəsində sürətlə irəlilədiyini, lakin hələ də uzun yol qət edilməli olduğunu bildirib.

Bayraktar bildirib ki, yüksək texnologiya bu dövrün ən böyük transformasiya gücünə çevrilib, lakin bu güc qeyri-mütənasib şəkildə yalnız bəzi ölkələrin əlində cəmlənib.
“Dünyanın gözü qarşısında soyqırım törədilir və bu, yüksək texnologiyalı silahlarla həyata keçirilir. Dünya isə bütün qurumları və qaydaları ilə iflas edib. Böyük bir qaranlığa doğru gedirik.”- deyə o bildirib.

O, Baykar-ın xüsusilə pilotsuz uçuş aparatları sahəsində dünyanın ən önəmli şirkətlərindən birinə çevrildiyini vurğulayıb.
“Bu sahədə kifayət qədər texnologiya inkişaf etdirmişik, lakin hava hücumundan müdafiə və uzaqmənzilli hücum sistemləri kimi sahələrdə istehsal səviyyəsində hələ çatışmazlıqlarımız var.” - deyə o qeyd edib.

Bayraktar, TEKNOFEST vasitəsilə gənclərə texnologiyaya inam aşılamağı hədəflədiklərini deyib.
“Gənclərə demək istəyirik ki, sən bacararsan. Əgər bir dəfə bacarsan, dünyanın ən yaxşı texnologiyasını yarada bilərsən. Müdafiə sənayesi kritik sahədir və mülki texnologiyalar da daxil olmaqla bütün sahələrdə tam müstəqillik vacibdir.”- deyə o qeyd edib.

Bayraktar bölgədə və dünyada artan qeyri-sabitliyə də diqqət çəkərək ,
“Dünya yaxşı istiqamətə getmir. Hər sahədə güclü olmaq vacibdir. Təkcə texnologiya ilə deyil, eyni zamanda şüurlu, vətənpərvər nəsillərlə də bu mübarizəni davam etdirməliyik. Biz həyatımızı bu ideala həsr etmişik.” - deyə bildirib.

Bayraktar çıxışının sonunda tam müstəqillik və Kızılelma ideyasına sadiq qaldıqlarını qeyd edib və “Allah bölgəmizə və ölkəmizə əmin-amanlıq bəxş etsin” sözləri ilə fikrini tamamlayıb.

Məqalədə: #Türkiyə #Selçuk Bayraktar #Türkiyə müdafiə sənayesi #Baykar #PUA #Türkiyə Müdafiə Sənayesi İdarəsi #Teknofest

Mövzu üzrə digər xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

11:56
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.