5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəy
Rəy

Azərbaycanda növbədənkənar prezident seçkiləri: Yeni reallıqların doğurduğu zərurət

14 Dekabr 2023 15:06
Azərbaycanda növbədənkənar prezident seçkiləri: Yeni reallıqların doğurduğu zərurət

Bakı. AzerPress:

Azərbaycanın ictimai-siyasi həyatında növbəti tarixi hadisənin astanasındayıq. 2024-cü il fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Budəfəki seçkilərin digərlərindən fərqləndirməyimiz və tarixi hadisə kimi səciyyələndirməyimiz üçün bir sıra müstəsna şərtlər var. Bu növbədənkənar prezident seçkiləri Azərbaycanın yeni tarixində yeni dönəmin başlanğıcı olacaq. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Ərazibütövlüyünü və suvernliyini tam və qəti bərpa etmiş Azərbaycan Respublikası yeni siyasi dönəmə daxil olub və mövcud reallıqların fonunda seçkilərin keçirilməsi güclü və güdrətli ölkə olaraq dövlətimizin yeni tarixi dönəmə qədəm qoyduğunu təsbit edir.

Dünya təcrübəsinə nəzər salsaq, növbədənkənar prezident seçkilərinin keçirilməsi kimi praktika, demək olar ki, bütün ölkələrin ictimai-siyasi həyatında təsadüf olunur.

Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi hansı zərurətdən doğur?

Prezident İlham Əliyev xalq arasında güclü nüfuz sahibidir. 20 illik hakimiyyəti dövründə Azərbaycanın mövqeyini həm daxildə, həm də xaricdə gücləndirən fəaliyyəti ilə xalqın etmadını və inamını qazanan siyasi liderin yenidən növbədənkənar seçkilər keçirilməsi barədə sərəncamını labüd edən səbəblər hazırda ən çox müzakirə olunan mövzudur.

Prezident İlham Əliyevin ali dövlətçilik görəvində ən ali məqsədi hər bir Azərbaycan vətəndaşının prezidenti olmaqdır. Öz siyasi hakimiyyətini məhz xalq, dövlət və vətəndaş maraqları kontekstində formalaşdıran Prezident İlham Əliyev ötən dövr ərzində xalq qarşısında açıqladığı hədəfələri, üzərinə götürdüyü öhdəlikləri tam şəkildə gerçəkləşdirib. Ən əsası, Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması, Qarabağın separatist cilovundan azad olunması kimi mürəkkəb, hətta bəziləri tərəfindən həlli mümkünsüz görünən problemlər həll olunub. Yeni dövr yeni tələblər və şərtlər formalaşdırıb ki, məhz bu dönəmdə Azərbaycan üçün hazırki inkişaf strategiyasına uyğun olaraq yeni hədəflərin müəyyənləşdirilməsinə zərurət yaranıb.

Regionda tam müstəqil bir ölkənin olmasını və Azərbaycanın Qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün seçkilər əlavə imkanlar yaradacaq, siyasi sistemi daha da gücləndirəcək. Prezident İlham Əliyevin növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə sərəncamı bu baxımdan strateji əhəmiyyət kəsb edir və yeni reallıqların doğurduğu zərurət kimi dəyərləndirilməlidir.

Bütün sivil cəmiyyətlər öz maraqları, baxışları və tutduqları ideoloji xəttə görə müxtəlif siyasi cərəyanlara bölünür və qruplaşır. Cəmiyyətdə siyasi fikir və düşüncə azadlığının olması fundamental insan haqlarının tərkib hissəsidir. Məhz rəngarəng siyasi palitranın mövcudluğu cəmiyyətin sağlam fikir uğrunda mübarizəsini şərtləndirir, müxtəlif ideologiyaların çəkişməsində yetkin ictimai mövqenin güclənməsinə və güclü siyasi sistemin formalaşmasına gətirib çıxarır.

Siyasi partiyaların seçki prosesinin bütün mərhələlərində aktiv iştirakının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətidir. Azərbaycanın seçki qanunvericiliyi kifayət qədər mükəmməldir, “Siyasi partiyalar haqqında yeni qəbul olunmuş qanun isə ölkənin siyasi sisteminin sağlamlaşdırılması və effektivliyinin artırılması üçün lazımı hüquqi baza formalaşdırıb.

Azərbaycan siyasi sistemi bu seçkilərin keçirilməsinə tam hazır vəziyyətdədir. Seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Beləliklə də, seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara bərabər imkanlar yaradılıb.

Seşkilər ölkənin siyasi sisteminin gücünü, eyni zamanda bu sistemdə mövcud olan qüvvələr balansının müəyyənləşdirilməsi üçün əsas meyar olacaq. Potensialı olan bütün siyasi qüvvələr, partiyalar üçün bu seçkilər əlverişli fürsətdir. Seçki Məcəlləsinə əsasən bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar, namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir, o cümlədən təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirilir. Mövcud rəqabət mühitində sivil prinsiplərə söykənən seçki mədəniyyətini nümayiş etdirməklə iştirakçılığını təmin etmək öz siyasi gücünə inanan hər bir ictimai-siyasi partiya və ya hərəkatın öz məsuliyyəti olacaq.

Seçkilərdə iştirak həm də “Siyasi partiyalar haqqında” Qanunun tələbidir. Bütün qanuni tələblərə, demokratik dəyərlərə və dünya təcrübəsinə əsaslanan formada keçirilməsi planlaşdırılan seçkiləri qərəzli ritorikalarla şərh etmək, bu yolla ictimaiyyəti çaşdırmaq və yanlış istiqamətə yönləndirmək cəhdləri çirkin siyasi sifarişlərin yerinə yetirilməsi kimi anlaşılmalıdır.

Azərbaycan dövlətinin yeni müstəqillik tarixində 1991-ci ildən təşəkkül tapmış seçki ənənəsi inkişaf edərək ildən-ilə daha da təkmilləşib və seçki mədəniyyətini formalaşdırıb. 2024-cü il növbədənkənar prezident seçkiləri xalqımızın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, Azərbaycan dövlətinin yeni respublika epoxasına daxil olması kimi mühüm tarixi prosesə start verəcək.

Sevil Mikayılova
Milli Məclisin deputatı

Məqalədə: #Sevil Mikayılova

Mövzu üzrə digər xəbərlər

Azərbaycan-Özbəkistan münasibətlərini daha böyük regional prosesin bir hissəsidir - Sevil Mikayılova
Siyasət

Azərbaycan-Özbəkistan münasibətlərini daha böyük regional prosesin bir hissəsidir - Sevil Mikayılova

24 Avqust 18:27
Naxçıvanı regional nəqliyyat və enerji mərkəzinə çevirəcək yeni mərhələ başlayır - Sevil Mikayılova
Rəy

Naxçıvanı regional nəqliyyat və enerji mərkəzinə çevirəcək yeni mərhələ başlayır - Sevil Mikayılova

12 Avqust 16:49
Ana dili milli kimliyimizin sarsılmaz dayağıdır
Cəmiyyət

Ana dili milli kimliyimizin sarsılmaz dayağıdır

1 Avqust 11:00
Qarşıdakı illərdə Azərbaycan-Almaniya əməkdaşlığının geostrateji ölçüləri daha da genişlənəcək - Sevil Mikayılova
Siyasət

Qarşıdakı illərdə Azərbaycan-Almaniya əməkdaşlığının geostrateji ölçüləri daha da genişlənəcək - Sevil Mikayılova

22 İyul 16:06

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.