11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

Qəzzanın gələcək həyatında HƏMAS-ın rolu olmayacaq - Rufiz Hafizoğlu

Atəşkəs sazişinə uyğun olaraq Qəzza zolağında yerləşdiriləcək beynəlxalq təhlükəsizlik qüvvələri İsrailin özünü "rahat" hiss etdiyi ölkələrdən ibarət olmalıdır.

25 Oktyabr 2025 16:23
Qəzzanın gələcək həyatında HƏMAS-ın rolu olmayacaq - Rufiz Hafizoğlu

BAKI,AzerVoice

Atəşkəs sazişinə uyğun olaraq Qəzza zolağında yerləşdiriləcək beynəlxalq təhlükəsizlik qüvvələri İsrailin özünü "rahat" hiss etdiyi ölkələrdən ibarət olmalıdır. Bunu ABŞ dövlət katibi Marko Rubio İsrailə səfəri zamanı bildirib. Onun sözlərinə görə, Qəzza zolağında gələcək idarəetmə HƏMAS-ın iştirakı olmadan İsrail və tərəfdaş ölkələr tərəfindən razılaşdırılmalıdır. M.Rubio həmçinin vurğulayıb ki, Fələstin Administrasiyasının potensial rolu hələ müəyyən edilməyib.

AzerVoice xəbər verir ki, məsələ ilə bağlı politoloq Rufiz Hafizoğlu Crossmedia.az-a açıqlamasında bildirib ki, HƏMAS-ın Qəzzanın idarəçiliyindən getməsi bölgədə sülhün təmin olunacağı anlamına gəlmir, çünki tərəflər arasında etimadsızlıq hələ də qalmaqdadır:

“Əvvəla qeyd edim ki, ümumilikdə atəşkəs məsələsi İsrail və HƏMAS arasında ciddi şəkildə gündəmə gəldikdən sonra, HƏMAS rəhbərliyindən, təxminən bir həftə əvvəl Livanda yaşayan HƏMAS rəsmilərindən biri – Usama Hamdan açıqlama verdi ki, HƏMAS Qəzzanın idarəçiliyindən gedə bilər. Dolayısı ilə, Qəzzanın gələcək həyatında HƏMAS-ın rolu olmayacaq. Yəni bu gün HƏMAS-ın orada olması, təşkilat üçün əsas mahiyyət daşımır.

Lakin HƏMAS-ın qəbul etmədiyi, daha doğrusu, güvənmədiyi bir İsrail mövcuddur. Bunun da təbii ki, səbəbləri var. Çünki son iki il ərzində dəfələrlə İsrail tərəfindən atəşkəs elan olunsa da, tərəflər razılığa gəlsələr belə, həmin atəşkəslər məhz İsrail tərəfindən pozulub. Buna görə də, bu gün HƏMAS İsrailə güvənmir – bu, danılmaz bir reallıqdır".

Politoloqun sözlərinə görə, tərəfdaş ölkələrin kimliyinin müəyyənləşdirilməsi də məsələnin taleyində mühüm rol oynayacaq:

“Tərəfdaş ölkələr məsələsinə gəlincə, ilk növbədə sual yaranır: kimdir bu tərəfdaş ölkələr? Bu, ABŞ-dırmı, Böyük Britaniyadırmı, yoxsa Türkiyədir? Fərqli variantlar mümkündür. Hətta elə fikirlər də səslənir ki, Azərbaycanın belə orada sülhməramlı kontingent tərkibində çıxış etməsi gündəmdədir – bunu açıq şəkildə etiraf edənlər də var. Qəzzada sabitliyin bərqərar olması üçün nə diplomatik, nə də hərbi addımlar indiyə qədər real nəticə verməyib. Problemin yeganə diplomatik həlli 1967-ci il sənədlərinə qayıtmaqdan keçir.

“Qəzzada sülhün bərqərar olması üçün diplomatik addımların da, hərbi addımların da effektiv olmadığını görürük. Çünki diplomatik təşəbbüslər dəfələrlə pozulub, hərbi əməliyyatlar isə nə İsrailin, nə də HƏMAS-ın maraqlarına uyğun nəticə verib. İsrail iddia edirdi ki, 7–10 gün ərzində HƏMAS-ı tam məhv edəcək, lakin iki ildir müharibə davam edir və nəticə hələ də yoxdur. HƏMAS isə əməliyyatlar vasitəsilə dünyaya səsini duyurmaq istədi, amma ilkin məqsədlərinə nail ola bilmədi.

Burada diqqət yetirilməli əsas məqam odur ki, bu gün bölgə sabit deyil və insan tələfatı davam edir".

Politoloq həmçinin bildirib ki, ümumilikdə İsraili xarakterizə etsək, demək olar ki, o, hərbi cəhətdən nəhəng ola bilər, lakin beynəlxalq müstəvidə baş verən hadisələrin fonunda İsrailin yalnızlaşması nəticəsində bu nəhənglik artıq mənasını itirib – İsrail bu gün “cırtdana” çevrilib: "HƏMAS bunu bacardı və bu, bir reallıqdır.

Eyni zamanda, İsrail də Qəzza daxilində HƏMAS-a qarşı narazılıq toxumu səpə bildi və hətta müxtəlif qruplaşmalar arasında qarşıdurmaların yaranmasına səbəb oldu. Bu problemin yeganə diplomatik həlli konkret olaraq 1967-ci il sənədlərinə qayıtmaqdan keçir. Təəssüf ki, bu gün İsrail dövləti HƏMAS-ı “real təhlükə” kimi göstərməyə çalışır, lakin reallıq odur ki, bölgədə sülh üçün bir nömrəli təhlükə məhz İsrailin özüdür. Bu da bir gerçəkdir".

Məqalədə: #Qəzza #İsrail #Fələstin #Qəzza zolağı #ABŞ #Rufiz Hafizoğlu #Tel-Əviv #HƏMAS #Vaşinqton #Qəzza münaqişəsi #Trampın Qəzza planı

Mövzu üzrə digər xəbərlər

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
Rəy

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu

10 Sentyabr 15:56
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

10 Sentyabr 09:00
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?

9 Sentyabr 09:00
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

8 Sentyabr 16:26

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.