Bakı,AzerVoice
Londonda Səudiyyə Ərəbistanı-Böyük Britaniya tərəfdaşlıq şurasının iclaslarına keçiriləcək. AzerVoice xəbər verir ki, krallığın ticarət naziri Məcid Əl-Qəsabi Londonda keçiriləcək Səudiyyə-Britaniya Strateji Tərəfdaşlıq Şurasının iclaslarına hazırlıq işlərinə rəhbərlik edir.
Əl-Qəsabi və Səudiyyə Ərəbistanının Böyük Britaniyadakı səfiri Şahzadə Xalid bin Bəndər bir sıra Britaniya rəsmiləri, o cümlədən Baş nazirin müavini Oliver Douden, Biznes və Ticarət üzrə Dövlət Katibi Kemi Badenok, İnvestisiya naziri Dominik Conson və ABŞ-ın müşaviri ilə danışıqlar aparıb.
İclaslar öncəsi müxtəlif sektorlarda, o cümlədən ticarət, investisiya, təhsil, səhiyyə, enerji, sənaye, mədəniyyət və idman sahələrində əməkdaşlıq təşəbbüsləri ilə bağlı müzakirələr aparıb.