Bakı,
AzerVoice
İngiltərədə yayımlanan yeni məlumatlara görə, ən az 56 min ibtidai
məktəb şagirdi yeni ilə evsiz girəcək.
AzerVoice xəbər verir ki, bu məlumat,
Shelter xeyriyyə təşkilatının təhlilinə əsasən açıqlanıb və
hökuməti sosial evlərin tikintisini sürətləndirməyə çağırıb.
Təhlilə görə, Londonda hər 24 uşaqdan biri müvəqqəti yaşayış
yerlərində qalır. Şərqi Londondakı Newham rayonunda isə bu nisbət
daha yüksəkdir, burada hər 9 uşaqdan biri evsizdir.
Birmingemdə isə hər məktəbdə orta hesabla 15 uşaq evsizdir.
Ümumilikdə, İngiltərədə 160 min uşaq müvəqqəti yaşayış yerlərində
qalır, 123 min 100 ailə isə otel və ya qısa müddətli kirayə
mənzillərdə qalmağa məcburdur.
İngiltərə hökuməti, evsizliyi azaltmaq məqsədilə yerli hakimiyyət
orqanlarına əlavə 1 milyard funt sterlinq ayıracağını açıqlayıb.
Baş nazirin müavini və mənzil naziri Angela Rayner, bu Milad
bayramında 160 min uşağın sabit evdə yaşaya bilməməsini
qəbuledilməz olaraq qiymətləndirib və bu problemi kökündən həll
etmək üçün tədbirlər görüləcəyini vurğulayıb.
Yeni fond, müvəqqəti yaşayış yerlərini təmin etmək və küçələrdə
yaşayan insanlara dəstək xidmətlərini artırmaq məqsədini güdür.
Shelter-in baş direktoru Polly Neate, bu rəqəmlərin sosial evlərə
olan təcili ehtiyacı göstərdiyini vurğulayıb və hökumətə sosial
evlərin tikintisini sürətləndirməyi tövsiyə edib.
Hökumətin əlavə maliyyə ayırması problemi tamamilə həll
edib-etməyəcəyi isə zamanla məlum olacaq.
İngiltərədə 50 mindən çox uşaq Yeni ili evsiz keçirəcək
İngiltərədə yayımlanan yeni məlumatlara görə, ən az 56 min ibtidai məktəb şagirdi yeni ilə evsiz girəcək.