9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ və Panama arasında Panama kanalı böhranı

Panama prezidenti Xose Raul Mulino, Donald Trampın Panama kanalının ABŞ-a qaytarılmasına dair ehtimal edilən fikirlərinə cavab olaraq, bu strateji su keçidinin Panamaya aid olduğunu bəyan edib.

23 Dekabr 2024 11:30
ABŞ və Panama arasında  Panama kanalı böhranı

Bakı, AzerVoice

ABŞ və Panama arasında "Panama kanalı" mövzusu yenidən gündəmə gəlib.

AzerVoice xəbər verir ki, Panama prezidenti Xose Raul Mulino, Donald Trampın Panama kanalının ABŞ-a qaytarılmasına dair ehtimal edilən fikirlərinə cavab olaraq, bu strateji su keçidinin Panamaya aid olduğunu və belə qalacağını qətiyyətlə bəyan edib. O, ölkənin suverenliyi və müstəqilliyinin toxunulmaz olduğunu vurğulayıb.

Mulino, Panama kanalının beynəlxalq standartlar əsasında idarə edildiyini, istismar və tariflərin isə bazar şəraiti və texniki tələblərə əsaslandığını bildirib. O əlavə edib ki, kanal heç bir xarici dövlətin, o cümlədən Çin, Avropa Birliyi və ABŞ-ın birbaşa və ya dolayı idarəçiliyində deyil.

Prezident həmçinin Panama ilə ABŞ arasında dialoq üçün açıq qapılar saxladıqlarını, lakin kanalın mülkiyyəti və idarəsi ilə bağlı heç bir kompromisə getməyəcəklərini açıqlayıb.

Qeyd edək ki, Panama kanalı 1914-cü ildə ABŞ tərəfindən inşa edilmiş və 1977-ci ildə imzalanmış Torrixos-Karter sazişlərinə əsasən 1999-cu ildə Panamanın idarəsinə verilmişdir. Bu strateji su yolu hazırda Panama tərəfindən neytrallıq prinsipləri əsasında idarə olunur və beynəlxalq dəniz nəqliyyatına açıqdır.

Məqalədə: #ABŞ #Panama

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

8 Sentyabr 21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib

8 Sentyabr 21:07

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.