5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Sudan ölkədə aclıq olduğuna dair xəbərləri rədd edir

Sudan hökuməti Qida Təhlükəsizliyi Faza Təsnifatının (IPC) ölkədəki qida təhlükəsizliyi vəziyyətini "aclıq" kimi xarakterizə edən hesabatını tənqid edib və onun reallığı əks etdirmədiyini bildirib.

30 Dekabr 2024 14:14
Sudan ölkədə aclıq olduğuna dair  xəbərləri rədd edir

Bakı, AzerVoice

Sudan hökuməti Qida Təhlükəsizliyi Faza Təsnifatının (IPC) ölkədəki qida təhlükəsizliyi vəziyyətini "aclıq" kimi xarakterizə edən hesabatını tənqid edib və onun reallığı əks etdirmədiyini bildirib.

AzerVoice xəbər verir ki, Kənd Təsərrüfatı Naziri Əbu Bəkr Ömər əl-Büşra, digər yüksək səviyyəli hökumət rəsmiləri ilə birlikdə keçirilən mətbuat konfransında hesabatın metodologiyasına və nəticələrinə dair ciddi etirazlar səsləndirib.

Nazir Büşra IPC hesabatını şübhə altına alaraq qeyd edib ki, "Komitənin məlumat toplama və təhlil üsulları real vəziyyəti əks etdirmir." Onun sözlərinə görə, hesabatda ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı əsas məsələlər nəzərə alınmayıb.

Hesabatın yalnız 15 əyalətin məlumatlarını əhatə etdiyini və bu əyalətlərdən yeddisinin Sürətli Dəstək Qüvvələri (HDK) tərəfindən mühasirədə olduğunu qeyd edən Büşra, belə şəraitdə dəqiq araşdırma aparmağın mümkün olmadığını bildirib. O, Sudanın IPC üzvlüyündən çıxdığını elan edərək bəzi beynəlxalq təşkilatların "aclıq və qıtlıq" iddialarından ölkəyə müdaxilə üçün istifadə etdiyini iddia edib.

Xarici İşlər Nazirliyinin müşaviri Hüseyn əl-Əmin də hesabatın etibarlılığını şübhə altına alaraq, metodologiyadakı çatışmazlıqları tənqid edib. O, 2022-ci ildən etibarən yeni məlumatların toplanmadığını və HDK-nın mühasirəsində olan ərazilərdə əhalinin yerdəyişməsi kimi kritik amillərin nəzərə alınmadığını vurğulayıb.

Qeyd edək ki, IPC-nin dekabrın 24-də dərc etdiyi hesabatda Sudanda "misli görünməmiş aclıq böhranı" yaşandığı və əhalinin təxminən yarısının (24,6 milyon insan) qida çatışmazlığı ilə üzləşdiyi bildirilib. Hesabatda bu insanların 638 min nəfərinin "fəlakət" vəziyyətində olduğu və gələcəkdə daha çox bölgənin aclıq riski ilə üzləşəcəyi qeyd edilib.

Məqalədə: #Sudan

Mövzu üzrə digər xəbərlər

Sudanda BMT-nin ərzaq yardımı daşıyan iki karvanına hücum olub
Sudan

Sudanda BMT-nin ərzaq yardımı daşıyan iki karvanına hücum olub

3 Sentyabr 10:34
Sudanda ölüm kameralarında 5 ay: Qadın jurnalistlərin həbsxana şəraiti necədir?
Sudan

Sudanda ölüm kameralarında 5 ay: Qadın jurnalistlərin həbsxana şəraiti necədir?

15 Avqust 17:18
Peyk görüntüləri: Sudanda Ordu Baş Qərargahında genişmiqyaslı yenidənqurma işləri aparılır
Digər Dövlətlər

Peyk görüntüləri: Sudanda Ordu Baş Qərargahında genişmiqyaslı yenidənqurma işləri aparılır

26 İyul 15:53
Müasir Qətərin memarı Şeyx Həməd bin Xəlifə Al Sani kimdir?
Tarixi şəxsiyyətlər

Müasir Qətərin memarı Şeyx Həməd bin Xəlifə Al Sani kimdir?

16 İyul 02:00

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.