5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Cənubi Koreya prezidentinin istintaq prosesi davam edir

Cənubi Koreyada hərbi vəziyyətin elan edilməsi ilə bağlı istintaq çərçivəsində prezidentlikdən uzaqlaşdırılan Yoon Suk Yeol dünən saxlanılıb və onun dindirilməsinin günortadan sonra davam etdiriləcəyi açıqlanıb.

16 Yanvar 2025 09:28
Cənubi Koreya prezidentinin istintaq prosesi davam edir

Bakı, AzerVoice

Cənubi Koreyada hərbi vəziyyətin elan edilməsi ilə bağlı istintaq çərçivəsində prezidentlikdən uzaqlaşdırılan Yoon Suk Yeol dünən saxlanılıb və onun dindirilməsinin günortadan sonra davam etdiriləcəyi açıqlanıb.

AzerVoice xəbər verir ki Yonhap agentliyinin məlumatına görə, Korrupsiyaya Qarşı İstintaq İdarəsi (CIO) rəsmiləri Yoonun dindirilməsinin səhhəti ilə bağlı günortaya təxirə salındığını açıqlasalar da , vəkili Yun Gap-geun müvəkkilinin artıq ifadə vermək istəmədiyini bildirib.

Xatırladaq ki, Yoon Suk Yeol, 2024-cü il dekabrın 3-də hərbi vəziyyət elan etməsi ilə bağlı qiyama cəhd və vəzifə səlahiyyətlərindən sui-istifadə şübhələri əsasında istintaqa cəlb edilib.

Yoon televiziya çıxışında müxalifətin dövlət əleyhinə fəaliyyətə qarışdığını iddia edərək hərbi vəziyyət elan etmişdi. Lakin bu qərar parlament və Nazirlər Şurası tərəfindən təsdiqlənmədiyi üçün geri çəkilmişdi.

2024-cü il dekabrın 14-də isə Milli Assambleyada keçirilən səsvermədə Yoonun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı qərar çıxarılmış və baş nazir Han Duk-su müvəqqəti olaraq onun yerinə gətirilmişdi. Lakin dekabrın 27-də Hanın impiçmenti barədə qərar qəbul edilib və onun yerinə baş nazirin müavini və maliyyə naziri Çoi Sanq-mok prezident səlahiyyətlərini icra etməyə başlayıb.

Məqalədə: #Cənubi Koreya

Mövzu üzrə digər xəbərlər

Tramp Pxenyanla yüksək səviyyəli danışıqları bərpa etməyə hazırlaşır
Digər Dövlətlər

Tramp Pxenyanla yüksək səviyyəli danışıqları bərpa etməyə hazırlaşır

19 Avqust 21:03
Türkiyə dünyanın ən güclü hava qüvvələri siyahısında 8-ci oldu
Türkiyə

Türkiyə dünyanın ən güclü hava qüvvələri siyahısında 8-ci oldu

18 Avqust 15:19
Cənubi Koreya Şimali Koreya ilə sülh danışıqlarına çağırıb
Digər Dövlətlər

Cənubi Koreya Şimali Koreya ilə sülh danışıqlarına çağırıb

15 Avqust 10:49
Cənubi Koreya vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı
Digər Dövlətlər

Cənubi Koreya vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı

20 İyul 14:58

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.