6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Tramp Kolumbiyaya sanksiyalar tətbiq edəcək

27 Yanvar 2025 11:15
Tramp Kolumbiyaya sanksiyalar tətbiq edəcək

Bakı, AzerVoice

ABŞ prezidenti Donald Tramp, Kolumbiyanın ABŞ-dan deportasiya edilən kolumbiyalı mühacirləri daşıyan təyyarələrin ölkəyə enməsinə icazə verməməsi səbəbilə Kolumbiyaya qarşı iqtisadi və diplomatik sanksiyalar tətbiq edəcəyini elan edib.

AzerVoice xəbər verir ki, Tramp, Truth Social hesabından etdiyi paylaşımda, Kolumbiyanın sosialist prezidenti Qustavo Petronu bu qərara görə sərt tənqid edib.

O bildirib ki, Petro, ABŞ-ın milli və ictimai təhlükəsizliyini təhlükə altına alıb və buna görə Kolumbiyaya qarşı rüsumlar və səyahət məhdudiyyətləri kimi sərt cavab tədbirləri görüləcək.

Belə ki, Kolumbiyadan ABŞ-a daxil olan bütün mallara dərhal 25%-lik gömrük rüsumu tətbiq olunacaq. Bu rüsumun bir həftə ərzində 50%-ə qaldırılacağı gözlənilir.
Kolumbiya hökuməti rəsmiləri, onların tərəfdarları və ailə üzvləri üçün vizaların ləğvi və səyahət qadağaları tətbiq ediləcək.
Həmçinin, Kolumbiya vətəndaşlarının ABŞ sərhədində daha sərt yoxlamalara məruz qalacağı və əlavə maliyyə sanksiyalarının tətbiq olunacağı vurğulanıb.

Kolumbiya prezidenti Qustavo Petro , ABŞ-ın deportasiya uçuşlarına dair mövqeyini sərtləşdirərək, kolumbiyalı mühacirlərin cinayətkar kimi göstərilməsini qəbul etməyəcəyini bildirib. Petro, ABŞ-ın əvvəlcə mühacirlərlə ləyaqətlə davranmaq üçün uyğun bir protokol yaratmasının vacib olduğunu vurğulayıb.

Ağ Evin sözçüsü Karoline Leavitt isə bildirib ki, ABŞ yanvarın 24-dən qeyri-qanuni mühacirlərin deportasiya uçuşlarına başlayıb. Prezident Tramp, ABŞ-a qeyri-qanuni yollarla daxil olanlara qarşı sərt tədbirlərin görüləcəyini açıq şəkildə bəyan edib.

Məqalədə: #ABŞ #Donald Tramp

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.