5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İtaliya DeepSeek-ə girişin bloklandığını açıqlayıb

31 Yanvar 2025 11:00
İtaliya DeepSeek-ə girişin bloklandığını açıqlayıb

Bakı,AzerVoice

İtaliyanın Fərdi Məlumatların Mühafizəsi Təşkilatı (GPDP) Çinin süni intellekt proqramı DeepSeek-ə girişin bloklandığını açıqlayıb.

AzerVoice xəbər verir ki GPDP-nin yazılı bəyanatına əsasən, İtalyan istifadəçilərinin məlumatlarının emal olunmasının qarşısını almaq üçün "Hangzhou DeepSeek Artificial Intelligence" və "Beijing DeepSeek Artificial Intelligence" şirkətlərinə məxsus DeepSeek chatbot xidmətinə təcili giriş qadağası qoyulub.

Qeyd edilib ki, girişin bloklanması ilə yanaşı, eyni vaxtda DeepSeek ilə bağlı araşdırmaya başlanılıb və tətbiq çərşənbə günündən etibarən İtaliyadakı rəqəmsal mağazalarda yükləmə üçün əlçatan deyil.

Dünən GPDP Çin süni intellekt tətbiqləri ilə bağlı araşdırma aparmağa başlayıb və onların hansı şəxsi məlumatları, hansı mənbələrdən, hansı məqsədlərlə və hansı qanuni əsaslarla topladığını yoxlamağı tələb edib.

Belə ki, GPDP 2023-cü ilin mart ayında ABŞ-da yerləşən OpenAI-nin ChatGPT süni intellekt tətbiqi ilə bağlı da araşdırmaya başlamış və şəxsi məlumatların toplanması qaydalarının pozulduğuna dair şübhələr səbəbindən tətbiqə girişi müvəqqəti olaraq dayandırmışdı.

Qeyd edək ki, Çindəki High-Flyer Capital Management fondu tərəfindən dəstəklənən DeepSeek, 20 yanvar tarixində yeni açıq mənbəli DeepSeek-R1 modelini təqdim edib. Bu model, digər süni intellekt şirkətləri ilə müqayisədə daha az çip və daha aşağı qiymətə hazırlanıb. Qısa müddət ərzində qlobal miqyasda geniş istifadə edilən DeepSeek süni intellekt modeli, ABŞ-da yerləşən ChatGPT-ni geridə qoyaraq tətbiq mağazalarında ən çox yüklənən süni intellekt proqramı olub.

Məqalədə: #İtaliya #DeepSeek

Mövzu üzrə digər xəbərlər

Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir
Misir

Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir

3 Sentyabr 16:48
Misir və İtaliya Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırıb
Yaxın Şərq

Misir və İtaliya Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırıb

29 Avqust 20:48
“DeepSeek” V4 Pro süni intellekt modelinin rəsmi buraxılışını təqdim edib
Texnologiya

“DeepSeek” V4 Pro süni intellekt modelinin rəsmi buraxılışını təqdim edib

13 Avqust 19:31
Meydana çıxmayacaq, amma rəsmən heyətdədir - Ronaldinyodan sürpriz addım
Digər Xəbərlər

Meydana çıxmayacaq, amma rəsmən heyətdədir - Ronaldinyodan sürpriz addım

13 Avqust 10:57

Son Xəbərlər

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.