5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İran ABŞ-ın yeni sanksiyalarına sərt reaksiya verib

7 Fevral 2025 14:15
İran ABŞ-ın yeni sanksiyalarına sərt reaksiya verib

Bakı, AzerVoice

Tehran ABŞ-ın İranın Çinə xam neft nəqlini asanlaşdıran beynəlxalq şəbəkəyə qarşı tətbiq etdiyi sanksiyaları pisləyib.

AzerVoice xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi ABŞ-ın yeni administrasiyasının bu qərarını “qeyri-qanuni və beynəlxalq hüquqa zidd” adlandırıb.

Onun sözlərinə görə, Vaşinqtonun İranın iqtisadi tərəfdaşları ilə ticarətini hədəf alması İran xalqına qarşı təzyiq siyasətinin bir hissəsidir.

Belə ki, ABŞ prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməsinin qarşısını almaq və neft ixracatını məhdudlaşdırmaq məqsədilə “maksimum təzyiq” siyasətini yenidən işə salıb.
ABŞ Maliyyə Nazirliyi İran neftinin Çinə daşınmasını asanlaşdıran beynəlxalq şəbəkəyə qarşı da yeni sanksiyalar elan edib. Çin, Hindistan və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən bəzi şirkətlər və neft tankerləri sanksiya siyahısına daxil edilib. Sanksiyalar İran Silahlı Qüvvələri və Sepehr Energy şirkəti ilə əlaqəli bir sıra təşkilat və şəxsləri də əhatə edir.

İran öz növbəsində, ABŞ-ı beynəlxalq hüququ pozmaqda və iqtisadi partnyorlarını təzyiq altına almaqda ittiham edir.

Xarici İşlər Nazirliyinin açıqlamasına görə, bu addım ABŞ-a beynəlxalq məsuliyyət yükləyir və Tehran bu sanksiyaların nəticələrinə görə Vaşinqtonu günahkar sayır.

ABŞ administrasiyası isə bildirir ki, İranın neft satışından əldə etdiyi gəlirlər nüvə proqramı, ballistik raket istehsalı və regiondakı silahlı qruplaşmaların maliyyələşdirilməsinə sərf olunur. BŞ Maliyyə Naziri Scott Bessent də İranın bu fəaliyyətlərinin qarşısını almaqda qətiyyətli olduqlarını vurğulayıb.

Məqalədə: #İran #ABŞ

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.