10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Haitidə 1,2 milyon uşaq silahlı zorakılıq təhlükəsi altındadır-UNICEF

7 Fevral 2025 17:25
Haitidə 1,2 milyon uşaq silahlı zorakılıq təhlükəsi altındadır-UNICEF

Bakı, AzerVoice

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Haitidə 1,2 milyon uşağın silahlı zorakılıq riski altında olduğunu açıqlayıb.

AzerVoicexəbər verir ki, UNICEF-in sözçüsü Ceyms Elder, BMT-nin Cenevrə ofisində keçirilən həftəlik mətbuat konfransında Haitidəki vəziyyətin getdikcə pisləşdiyini bildirib.

Elderin sözlərinə görə, silahlı dəstələr hazırda paytaxt Port-o-Prinsin 85 faizinə nəzarət edir. Bu, şəhərdə təhlükəsizliyin demək olar ki, tamamilə çökməsi deməkdir.

O vurğulayıb ki, uşaqlara qarşı cinsi zorakılıq halları ötən illə müqayisədə 10 dəfə artıb və silahlı qruplar uşaqları zorla sıralarına cəlb edirlər. Təkcə 2023-cü ildə uşaqların silahlı qruplara qoşulması 70% artıb və hazırda bu qrupların üzvlərinin yarısını uşaqlar təşkil edir.

"Bu uşaqların çoxu zorla silahlı qruplara cəlb edilir. Haitidə əzab-əziyyət böyükdür. 1,5 milyondan çox uşaq və müəllim məktəblərin bağlanmasından təsirlənir", – deyə Elder bildirib.

2024-cü ilin əvvəlindən bəri silahlı qrupların hücumları nəticəsində 5000-dən çox insan həyatını itirib. Aclıq və yoxsulluğun artması, habelə siyasi qeyri-sabitlik vəziyyəti daha da gərginləşdirir.

Qeyd edək ki, ölkədəki zorakılıqlara görə keçmiş baş nazir Ariel Henri 2024-cü ilin aprelində istefa verib və yaradılmış Müvəqqəti Şura Qarri Konili baş nazir təyin edilib.

Şura 2024-cü il noyabrın 11-də vəzifəsindən azad etdiyi Konilin yerinə isə iş adamı Alix Didier Fils-Aime-ni baş nazir təyin etmişdi.

Məqalədə: #Haiti

Mövzu üzrə digər xəbərlər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

09:00
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

9 Sentyabr 22:13
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

9 Sentyabr 21:09

Son Xəbərlər

Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?
Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?
16:45
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
15:56
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
15:24
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
15:12
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
14:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.