10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

TikTok-u satmaq və ya bağlamaq hüququmuz var - Tramp

14 Fevral 2025 11:30
TikTok-u satmaq və ya bağlamaq hüququmuz var - Tramp

Bakı, AzerVoice

ABŞ Prezidenti Donald Tramp, TikTok-un bir Amerika şirkətinə satılmadığı təqdirdə ABŞ-da qadağan ediləcəyini və bu prosesi dayandıran 75 günlük müddətin uzadıla biləcəyini bildirib.

AzerVoice xəbər verir ki, o, bunun lazım olacağını düşünmədiyini qeyd edib.

Oval Ofisdə keçirilən imza mərasimində Tramp TikTok ilə bağlı son vəziyyəti qiymətləndirib.

O, TikTok-un qadağan edilməsinin tərəfdarı olmadığını, lakin tətbiqin ən azı 50%-nin ABŞ şirkətinə satılması şərtinin vacib olduğunu vurğulayıb.

"TikTok-u satmaq və ya bağlamaq hüququmuz var. Buna biz qərar verəcəyik. Çinin də təsdiqi lazımdır, amma əminəm ki, onlar da Çinə tarif tətbiq edəcəklər." - deyə o bildirib.

Tramp əlavə edib ki, TikTok ilə maraqlanan şirkətlərin sayı çoxdur və tezliklə razılaşmaya nail olunacağına ümid edir.

Qeyd edək ki, Tramp vəzifəsinin ilk günlərində TikTok-un ABŞ-da qadağan edilməsini nəzərdə tutan qanunun icrasını 75 gün müddətinə dayandıran sərəncam imzalamışdı. Bu müddət ərzində TikTok bir Amerika şirkətinə satılmazsa, tətbiqin ölkədə bloklanması planlaşdırılır.

Məqalədə: #ABŞ #Donald Tramp #TikTok

Mövzu üzrə digər xəbərlər

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH

21:28
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
İran

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib

20:10
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Digər Xəbərlər

Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib

19:41
Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir
Digər Dövlətlər

Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir

19:35

Son Xəbərlər

2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
21:41
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
21:28
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
21:25
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.