12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Qara qitənin ağ insanları etiraz edir

16 Fevral 2025 11:39
Qara qitənin ağ insanları etiraz edir

BAKI,AzerVoice

Cənubi Afrikada yüzlərlə ağdərili şənbə günü ABŞ prezidenti Donald Trampa dəstək məqsədilə Pretoriyadakı Amerika səfirliyinin qarşısına toplaşıb. Onlar ölkə hökuməti tərəfindən irqçilik və ayrı-seçkiliyə məruz qaldıqlarını iddia ediblər.

Etirazçılar “Şükürlər olsun ki, Tramp prezidentdir” yazılmış plakatlar qaldırıb və Cənubi Afrika hökumətinin tətbiq etdiyi bəzi qanunların ağdərili azlığa qarşı ayrı-seçkilik xarakteri daşıdığını bildiriblər.

Trampın Əmrindən Sonra Gərginlik Artıb

"Associated Press" xəbər agentliyinin verdiyi məlumata görə, etirazçıların əksəriyyəti afrikaaner icmasına mənsubdur. Tramp keçən həftə verdiyi icra əmri ilə Cənubi Afrika hökumətinə yardımı dayandırmışdı. O, yeni torpaq islahatı qanununun əsasən holland mənşəli ağdəriləri hədəf aldığını bildirib.

Cənubi Afrika hökuməti isə yeni torpaq qanununun irqi ayrı-seçkiliklə bağlı olmadığını, Trampın açıqlamalarının isə həqiqəti əks etdirmədiyini bildirib. Rəsmi Pretoriya, torpaq islahatlarının keçmiş aparteid rejimi dövründə (1948-1994) yaranmış torpaq bölgüsü ədalətsizliyini düzəltməyə yönəldiyini vurğulayıb.

Qeyd edək ki, Cənubi Afrikada kənd təsərrüfatı torpaqlarının böyük hissəsi ağdərili fermerlərə məxsusdur. Halbuki, ölkə əhalisinin cəmi 7%-ni ağdərililər təşkil edir.

Məqalədə: #ABŞ #Donald Tramp #ağdərililər #torpaq islahatı #afroamerikalılar #siyasi etiraz #Pretoriya #ABŞ səfirliyi

Mövzu üzrə digər xəbərlər

İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq

İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb

13:09
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12:53
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

11 Sentyabr 21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

11 Sentyabr 21:31

Son Xəbərlər

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
13:46
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
13:36
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
13:13
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
13:09
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
13:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.