6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Amerika iqtisadiyyatını bərpa edəcəyik - Tramp

21 Fevral 2025 10:36
Amerika iqtisadiyyatını bərpa edəcəyik - Tramp

Bakı, AzerVoice

ABŞ Prezidenti Donald Tramp ölkə tarixində ən böyük deregulyasiya kampaniyasına start verdiklərini açıqlayıb.

AzerVoice xəbər verir ki, Tramp, federal hökumətdə ciddi islahatlar apardıqlarını, yeni tənzimləmələrlə nəzarəti gücləndirdiklərini və dövlət aparatını kiçiltməyə fokuslandıqlarını bildirib.

Tramp, ABŞ-nin yenidən "gümrük vergisi ölkəsinə" çevriləcəyini və ticarət tərəfdaşlarına eyni səviyyədə gömrük rüsumları tətbiq ediləcəyini bildirib.

Tramp ABŞ qızıl ehtiyatlarının saxlandığı Fort Knox anbarı ilə bağlı da diqqətçəkən açıqlamalar verib.“Qızıl Fort Knox-da saxlanılır, elə deyilmi? O zaman qapıları açacağıq və həqiqətən orada qızıl olub-olmadığını görəcəyik. Orada 400 ton qızıl olduğunu deyirlər, bu çox böyük bir rəqəmdir. Biz həqiqətən ora gedib yoxlama aparacağıq." -deyə bildirib.

Çıxışının bir hissəsində Associated Press (AP) xəbər agentliyinə münasibət bildirən Tramp, onun "radikal solçu" olduğunu və rəsmi tədbirlərə buraxılmadığını açıqlayıb.səti

Tramp ABŞ-ın cənub sərhədində milli fövqəladə vəziyyət elan etdiyini, sərhəd təhlükəsizliyini təmin etmək üçün bölgəyə çox sayda hərbçi göndərildiyini vurğulayıb.

ABŞ-da inflyasiyanın azaldılması üçün əsas strategiyanın enerji qiymətlərini endirmək olduğunu vurğulayan Tramp, “Əgər enerji qiymətlərini aşağı salsaq, hər şey ucuzlaşar – yumurtadan pastırmaya qədər,” – deyə qeyd edib.

O, Joe Biden administrasiyası dövründə tətbiq edilən elektrik avtomobillərinə verilən subsidiyaların ləğvi ilə Amerika avtomobil sənayesini iflasdan xilas etdiklərini iddia edib.

Tramp, Kanada üçün yenidən "51-ci ştat olmaq məcburiyyətindədirlər" ifadəsini işlədib və Baş nazir Castin Trüdonun "Qubernator Trüdo" adlandırılmalı olduğunu bildirib.

O, həmçinin prezidentlik dövrünün əvvəlində imzaladığı fərmanla cinsiyyət dəyişənlərin qadın idman yarışlarında iştirakının qadağan edildiyini və onların ordudan uzaqlaşdırıldığını xatırladıb.

ABŞ təhsil sisteminin qlobal reytinqlərdə geri qaldığını vurğulayan Tramp, ölkənin adambaşına düşən təhsil xərcləri baxımından isə dünyada birinci yerdə olduğunu bildirib. O, Norveç, Danimarka, İsveç və Çinin ABŞ-dən daha yaxşı təhsil sisteminə sahib olduğunu və bu vəziyyətin dəyişdirilməsinin vacib olduğunu qeyd edib.

Məqalədə: #ABŞ #Kanada #Donald Tramp #Trampın fərmanları

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.