6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Şahzadə Məhəmməd bin Salmana təşəkkür etməliyik - Tramp

21 Fevral 2025 11:39
Şahzadə Məhəmməd bin Salmana təşəkkür etməliyik -  Tramp

Bakı,AzerVoice

ABŞ prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanının ABŞ-Rusiya danışıqlarına ev sahibliyi etməsini yüksək qiymətləndirərək, vəliəhd şahzadə Məhəmməd bin Salmana xüsusi təşəkkür edib.

AzerVoice xəbər verir ki, Tramp Səudiyyə Ərəbistanını “xüsusi liderlərin olduğu xüsusi yer” kimi xarakterizə edib. O, 2017-ci ildə başlanan bu nüfuzlu sammitdə çıxış edən ilk ABŞ prezidenti olmağı “böyük şərəf” adlandırıb.

Tramp, Səudiyyə Ərəbistanında keçirilən ABŞ-Rusiya danışıqlarının Ukrayna müharibəsinin sona çatması istiqamətində mühüm addım olduğunu vurğulayıb.
"Bu tarixi sammitə ev sahibliyi etdiyinə görə Səudiyyə Ərəbistanına, xüsusilə şahzadə Məhəmməd bin Salmana təşəkkür edirəm. Biz bu müharibəni bitirməliyik. Baş verənlər tam faciədir – hər iki tərəfdən gənc əsgərlər həlak olur." - deyə bildirib.

Tramp çıxışı zamanı Qəzza ilə bağlı planından danışmaqdan çəkinib. Bu isə Səudiyyə Ərəbistanının fələstinlilərin torpaqlarından didərgin salınmasına qarşı çıxması ilə əlaqələndirilir.

Tramp, Rusiya prezidenti Vladimir Putinlə keçirə biləcəyi mümkün görüş üçün Səudiyyə Ərəbistanını ideal məkan kimi gördüyünü bildirib.

Bu arada Tramp, Ukrayna prezidenti Vladimir Zelenskini tənqid edərək, onun "dəhşətli iş gördüyünü" deyib.

Tramp həmçinin Səudiyyə Ərəbistanının ABŞ-a 600 milyard dollar sərmayə qoyacağını və şahzadə Məhəmməd bin Salmanın "Vizyon 2030" strategiyasının qlobal investorlar üçün böyük fürsət olduğunu qeyd edib.

Tədbirə dünyanın ən varlı amerikalı iş adamları da qatılıb və onlar Səudiyyə Ərəbistanının 925 milyard dollar dəyərindəki dövlət investisiya fondundan pay almağa ümid edirlər. Tramp həmçinin ABŞ-da populyar olan qolf sahəsinə Səudiyyə İnvestisiya Fondundan sərmayə cəlb etmək istədiyini bildirib.

Məqalədə: #Rusiya #Səudiyyə Ərəbistanı #ABŞ #Donald Tramp #Məhəmməd bin Salman #ABŞ və Səudiyyə Ərəbistanı münasibətləri

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək

5 Sentyabr 20:37

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.