6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Pezeşkian Trampa deyir ki, nə bacarırsa etsin

12 Mart 2025 10:56
Pezeşkian Trampa deyir ki, nə bacarırsa etsin

BAKI,AzerVoice

İran prezidenti Məsud Pezeşkian bildirib ki, Tehran ABŞ-ın təhdidləri altında danışıqlar aparmayacaq.

AzerVoice xəbər verir ki, o, amerikalı həmkarı Donald Trampa müraciətlə “Nə istəyirsən et” deyib.

“Bizim üçün (ABŞ-ın) əmrlər verməsi və təhdidlər səsləndirməsi qəbuledilməzdir. Mən səninlə (Tramp) danışıqlar aparmayacağam. Nə istəyirsən et”, – deyə o bildirib.

İranın ali dini lideri Əli Xamenei şənbə günü bəyan edib ki, Tehran ABŞ-ın “quldurluq” təzyiqləri altında danışıqlar aparmayacaq. Bu, Trampın İranı yeni nüvə sazişi ilə bağlı danışıqlara cəlb etmək üçün məktub göndərdiyini açıqlamasından bir gün sonra baş verib.

Tramp daha əvvəl Tehranla razılığa gəlməyə hazır olduğunu bildirsə də, o, birinci prezidentlik dövründə tətbiq etdiyi “maksimum təzyiq” siyasətini yenidən gündəmə gətirərək, İranı qlobal iqtisadiyyatdan təcrid etməyə və neft ixracını sıfıra endirməyə çalışıb.

Qeyd edək ki, daha öncə ABŞ Prezidenti Tramp "Fox Business" telekanalına verdiyi müsahibədə “İranla iki yolla davranmaq olar: ya hərbi yolla, ya da onu nüvə silahına sahib olmaqdan çəkindirən bir saziş bağlamaqla.”- deyə demişdi.

İran isə həmişə nüvə silahı hazırlamaq niyyətində olmadığını bildirib. Bununla belə, Beynəlxalq Atom Enerjisi Agentliyi xəbərdarlıq edib ki, Tehran uranı “əhəmiyyətli dərəcədə” sürətlə 60 faizlik zənginləşdirmə səviyyəsinə çatdırır ki, bu da nüvə silahı istehsalı üçün lazım olan 90 faizlik həddə çox yaxındır.

İran 2019-cu ildən etibarən nüvə fəaliyyətini sürətləndirib. Bu, Trampın prezidentliyi dövründə İranın 2015-ci ildə altı dünya dövləti ilə imzaladığı nüvə sazişindən çıxmasından və ölkə iqtisadiyyatını çökdürən sanksiyaları yenidən tətbiq etməsindən bir il sonraya təsadüf edir.

Məqalədə: #İran #ABŞ #Donald Tramp #Əli Xamenei #Məsud Pezeşkian #İranın nüvə danışıqları #ABŞ və İran arasında hərbi gərginlik

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.