8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Cənubi Koreyada meşə yanğınlarında ölənlərin sayı 30-a çatıb

29 Mart 2025 15:45
Cənubi Koreyada meşə yanğınlarında ölənlərin sayı 30-a çatıb

BAKI,AzerVoice

Cənubi Koreyanın Cənubi Gyeongsang və Şimali Gyeongsang əyalətlərində martın 21-də başlayan və dünən nəzarət altına alınan meşə yanğınları yenidən alovlanıb. Hadisə nəticəsində ölənlərin sayı 30-a, yaralıların sayı isə 40-a yüksəlib.

AzerVoice xəbər verir ki, Gyeongbuk Yanğın Departamenti yerli vaxtla saat 22:00 radələrində Şimali Gyeongsang əyalətinin Andong şəhərinin kənd ərazisində tüstünün yüksəldiyini və səhər saatlarında yanğının gücləndiyini bildirib.

Hadisə bölgəsinə çoxlu sayda yanğınsöndürmə qrupu göndərilib. Rəsmi məlumatlara görə, 48 min hektar ərazi yanğınlardan zərər çəkib, 6885 nəfər isə hələ də müvəqqəti təxliyə mərkəzlərində qalır.

Cənubi Koreyanın müvəqqəti prezidenti Han Duk-soo yanğından zərərçəkənlərə inzibati və maliyyə dəstəyi göstəriləcəyini bildirib. O, hökumətin cavab sisteminin yenidən nəzərdən keçiriləcəyini və iqlim dəyişikliyi səbəbilə bu cür yanğınlara hazırlığın artırılacağını vurğulayıb.

Qeyd edək ki, Koreya Meşə Təsərrüfatı Xidmətinin məlumatına görə, Şimali Gyeongsang əyalətindəki yanğınlar tam nəzarət altına alınıb, Cənubi Gyeongsang əyalətində isə yanğının 93 faizinin söndürüldüyü açıqlanıb. Təbii şəraitin, xüsusilə yağışların və temperaturun aşağı düşməsinin söndürmə işlərini asanlaşdırdığı bildirilib.

Məqalədə: #Cənubi Koreya #yanğın #meşə yanğınları #yanğınla bağlı təxliyə

Mövzu üzrə digər xəbərlər

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib

21:07
Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
Digər Dövlətlər

Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub

20:18
ABŞ Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı sanksiyalarına qoşulmayacaq - Marko Rubio
Digər Dövlətlər

ABŞ Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı sanksiyalarına qoşulmayacaq - Marko Rubio

19:34
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
İran

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

19:13

Son Xəbərlər

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər
Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər
21:14
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
21:07
Misir Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı sanksiyalarını alqışlayıb
Misir Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı sanksiyalarını alqışlayıb
21:04
İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək
İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək
20:55
Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
20:18
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.