6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ İrana hücum etsə, nüvə silahının istehsalına başlayacayıq - İran

1 Aprel 2025 10:04
ABŞ İrana hücum etsə, nüvə silahının istehsalına başlayacayıq - İran

BAKI,AzerVoice

İran nüvə silahı istehsal etmir, ancaq ABŞ və ya İsrail İrana hücüm edərsə, nüvə silahı istehsal etməyə məcbur qalacağıq.

AzerVoice xəbər verir ki, İranın ali lideri Ayətullah Əli Xameneinin müşaviri və keçmiş parlament sədri Əli Laricani, ölkəsinin nüvə silahı istehsal etmədiyini, lakin ABŞ-ın İrana hücum etməsi halında belə bir addım atmağa məcbur qala biləcəklərini bildirib.

Dövlət televiziyasına verdiyi müsahibədə Laricani, İranın nüvə silahı istehsal etmək potensialına malik olduqlarını, lakin Xameneinin kütləvi qırğın silahları ilə bağlı fətvasına uyğun olaraq bu yola baş vurmadıqlarını vurğulayıb.

“Bizim fətvamız var, Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) nəzarəti altındayıq və nüvə silahına yönəlmirik. Ancaq bir səhvə yol versəniz, İranı bu addımı atmağa məcbur edəcəksiniz”,- deyə Laricani xəbərdarlıq edib.

ABŞ Prezidenti Donald Tramp 7 martda Ayətullah Xameneiyə həm təhdid, həm də dialoqa çağırış edən məktub göndərdiyini açıqlayıb. Xamenei isə ABŞ-ın danışıqlarla problemləri həll etmək yox, öz şərtlərini diktə etmək istədiyini bildirərək, İranın bunu qəbul etməyəcəyini bəyan edib.

Məktub BƏƏ vasitəsilə İrana çatdırıb, İran isə 27 martda Oman üzərindən cavab göndərdiyini açıqlayıb. İranın Xarici İşlər Naziri Abbas Əraqçi birbaşa deyil, yalnız vasitəçilərlə müzakirələrə açıq olduqlarını və danışıqların yalnız nüvə məsələsi ilə məhdudlaşacağını vurğulayıb.

Tramp dünən İranı “daha əvvəl heç görmədikləri şəkildə bombalayacağıq” deyə təhdid etmiş, Xamenei isə bu ehtimalın az olduğunu, lakin hücuma sərt cavab veriləcəyini bildirib.

Qeyd edək ki, Xamenei 2000-ci illərin əvvəlində kütləvi qırğın silahlarının istehsalını və istifadəsini qadağan edən fətva vermişdi.

Məqalədə: #İsrail #İran #Benyamin Netanyahu #ABŞ #Donald Tramp #Ayətulla Seyid Əli Xamenei #Əli Laricani #Məsud Pezeşkian #Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA)

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.