6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İranda Novruz bayramı zamanı baş verən yol qəzalarında ölənlərin sayı açıqlanıb

2 Aprel 2025 12:45
İranda Novruz bayramı zamanı baş verən yol qəzalarında ölənlərin sayı açıqlanıb

BAKI, AzerVoice

Novruz bayramı ilə əlaqədar şəhərlərarası yollarda hərəkətliliyin artdığı İranda son 18 gündə baş verən yol qəzalarında 747 nəfərin həyatını itirdiyi bildirilib.

AzerVoice xəbər verir ki, Tesnim Xəbər Agentliyinin məlumatına görə, İran Polisinin Nəqliyyat Şöbəsinin baş direktoru Timur Hüseyni Novruz bayramı zamanı ölkə ərazisində baş verən yol qəzaları barədə məlumat verib.

Hüseyni, "Son 18 gündə baş verən 14 min 178 yol qəzasında 747 nəfər həyatını itirdi, 16 min 905 nəfər isə yaralandı" - deyə qeyd edib.

Ən çox ölümlə nəticələnən qəzaların baş verdiyi yerlər barədə məlumat verən Hüseyni qeyd edib ki, yol qəzalarında Kirman vilayətində 66, Farsda 64, Xorasani Rezevidə 53, Xuzistanda 48, Sistan-Bəlucistan əyalətində 46 nəfər həlak olub.

İran rəsmisi bildirib ki, qəzaların çoxu ehtiyatsızlıq və ötmə əməliyyatlarının düzgün aparılmaması kimi səbəblərdən baş verib.

Qeyd edək ki, İranda Novruz bayramı ilə əlaqədar 4 günlük dövlət tətili var. Bununla belə, iranlılar Novruz bayramında ümumiyyətlə 2 həftəlik məzuniyyətə çıxırlar və bayram günlərini illik məzuniyyətləri ilə birləşdirirlər. Bayram günlərində şəhərlərarası yollarda qəzalarda artım müşahidə olunur.

Məqalədə: #İran #qəza #avtobus qəzası #yol qəzası #Nəqliyyat #Nəqliyyat vasitələri #Novruz bayramı

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
İran

İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb

5 Sentyabr 19:54

Son Xəbərlər

Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.