5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Tramp siyasətinə qarşı 600 min insan ayağa qalxıb

7 Aprel 2025 10:45
Tramp siyasətinə qarşı 600 min insan ayağa qalxıb

BAKI, AzerVoice

ABŞ Prezidenti Donald Trampın ikinci prezidentlik müddətində ölkə miqyasında və xaricində genişmiqyaslı etiraz aksiyaları keçirilib.

AzerVoice xəbər verir ki, ABŞ-ın bütün 50 ştatında və paytaxt Vaşinqtonda eyni vaxtda keçirilən etirazlarda prezident Donald Tramp və onun administrasiyasında mühüm vəzifə daşıyan milyarder İlon Maskın siyasətlərinə qarşı sərt narazılıq ifadə olunub.

“Əllərinizi çəkin” şüarı altında təşkil olunan bu kampaniya çərçivəsində təxminən 1200 fərqli yerdə etiraz aksiyası baş tutub. Təkcə Nyu-Yorkda keçirilən nümayişdə 10 minə yaxın insan iştirak edib.

Vaşinqtondakı yürüşlərdə iştirak edən 150-yə yaxın fəal qrup, Tramp və Maskın demokratik institutlara və sosial təminat sisteminə qarşı təzyiqlərini pisləyib. Aksiyalarda ABŞ Konqresinin Nümayəndələr Palatasından olan demokrat siyasətçilər də iştirak edərək Trampın daxili və xarici siyasətini tənqid ediblər.

Etirazların bəzilərində Ukrayna və Fələstin bayraqları da dalğalanıb. Vaşinqtonda keçirilən yürüşlər zamanı bir çox nümayişçi eyni zamanda İsrailin Qəzzaya qarşı davam edən hücumlarını pisləyib. “Fələstinə azadlıq”, “Soyqırıma son” və “Tramp, Fələstin soyqırımını gizlədə bilməzsən” kimi şüarlarla çıxış edən etirazçılar, ABŞ administrasiyasının İsrailə dəstəyini tənqid ediblər. Həmçinin etirazçılar Kolumbiya Universitetindən saxlanılan fələstinli fəal Mahmud Xəlil və Tufts Universitetindən doktorant Rümeysa Öztürkün azadlığa buraxılmasını tələb edən lövhələr də qaldırıblar.

Etirazlar bununla da məhdudlaşmayıb. ABŞ-dan kənarda – Almaniya, Fransa və İngiltərədə də yüzlərlə amerikalı Trampın siyasətinə qarşı eyni gündə küçələrə çıxaraq, onun ABŞ-ın daxili və xarici siyasətində yaratdığı dəyişikliklərə qarşı etiraz ediblər. Bu aksiyalarda da Fələstinlə həmrəylik nümayiş etdirilib.

Qeyd edək ki, ABŞ mediası bu nümayişləri Trampın ikinci prezidentliyi dövründə ən geniş miqyaslı və koordinasiyalı etirazlar kimi dəyərləndirib. Aksiyalara qatılmaq üçün ümumilikdə 600 minə yaxın müraciət edildiyi və bu tədbirlərin 150-dən çox qrup tərəfindən təşkil olunduğu bildirilir.

Məqalədə: #ABŞ #Donald Tramp #Vaşinqton #Trampın siyasətləri #Etiraz aksiyası #Trampın siyasətinə tənqidlər

Mövzu üzrə digər xəbərlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

19:56
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
Bəhreyn

ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb

19:49

Son Xəbərlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
21:41
Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
20:59
Oman körfəzində ticarət gəmiləri atəşə tutulub
Oman körfəzində ticarət gəmiləri atəşə tutulub
20:55
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.