9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Türkiyənin süni intellektlə dəstəklənən məhsulu BMT-dən ətraf mühit mükafatı alıb

3 İyun 2024 12:17
Türkiyənin süni intellektlə dəstəklənən məhsulu BMT-dən ətraf mühit mükafatı alıb

Bakı. AzerVoice:

Meşə yanğınları ilə daha effektiv mübarizə aparmaq üçün hazırlanan süni intellekt dəstəkli “Qərar Dəstək Sistemi” 1049 layihə arasında ikinci yer tutub.

AzerVoice xəbər verir ki, Türkiyənin Kənd Təsərrüfatı və Meşə (Ekologiya və təbii sərvətlər) Naziri İbrahim Yumaklı, Meşə Ümumi Müdirliyinin (OGM) meşə yanğınları ilə daha effektiv mübarizə aparmaq üçün istifadə etdiyi süni intellektlə dəstəklənən “Qərar Dəstək Sistemi” adlı texnoloji məhsulu Birləşmiş Millətlər Təşkilatına bağlı Beynəlxalq Telekommunikasiya Birliyi tərəfindən təşkil edilən müsabiqədə 1049 layihə arasında “ətraf mühit” kateqoriyasında ikinci yer aldığını bildirib.

İbrahim Yumaklı Türkiyənin meşə yanğınlarına qarşı həssas olan bir bölgədə yerləşdiyini bildirib. Davamlı olaraq hava və quru gücünü artırdıqlarını və meşələri yanğınlardan qorumaq üçün texnologiyadan istifadə etdiklərini vurğulayan Yumaklı, yanğınla mübarizədə süni intellektə əsaslanan tətbiqlərdən istifadə etməyə başladıqlarını qeyd edib.

Meşə yanğınları ilə daha effektiv mübarizə aparmaq üçün 2022-ci ildən bəri yerli və milli qaynaqlarla hazırlanmış “Yanğın Qərar Dəstək Sistemi”ndən istifadə etdiklərini ifadə edən Yumaklı, “Sistemimiz yanğın anında canlı, ani meteoroloji məlumatlarla torpaq və meşə quruluşunu təhlil edir. Yanğın qruplarının sürətli və effektiv bir şəkildə yanğına müdaxilə etməsini təmin edir."

Sistem necə işləyir?
Hazırlanmış proqram təminatı ilə yanğın ehtimalını təxmin etmək, yanğının səbəbini müəyyən etmək, yanğın davranışını proqnozlaşdırmaq və mümkün yanğınlara qarşı müdaxilə üsullarını müəyyən etmək mümkündür. Bu proqram vasitəsi ilə yanğına müdaxilə yerləri və müdaxilə çərçivəsində istifadə edilməli olan vasitə və avadanlıqların növü və miqdarı müəyyən edilə bilir.

Meşə yanğınlarında təhlükəni minimuma endirmək, ətraf mühiti, biomüxtəlifliyi, insan və heyvan həyatını qorumaq məqsədiylə sürətli tədbirlər həyata keçirə bilmək üçün ani meteoroloji, coğrafi və meşə məlumatlarından istifadə etməklə coğrafi informasiya sistemi və süni intellektə əsaslanan meşə yanğınlarının modelləşdirilməsi və qərar qəbuluna dəstək sistemi yaradılır.

Qərar Dəstək Sistemi Türkiyə daxilində meşələrin və torpaqların quruluşunu, yanğın qruplarının mövcud yerlərini və meteoroloji məlumatları dərhal işləyərək, hadisə anında həm məlumat verir həm də istiqamətləndiriləcək qrupların sayı, onların hərəkət istiqamətləri, su dəstəyi göstəriləcək yerlər və lazımi avadanlıqlar barəsində xəbərdarlıq edir.

Türkiyənin süni intellektlə dəstəklənən məhsulu BMT-dən ətraf mühit mükafatı alıb
Məqalədə: #İbrahim Yumaklı

Mövzu üzrə digər xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

11:20
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

8 Sentyabr 21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25

Son Xəbərlər

Səudiyyə Ərəbistanında bir sıra bölgələrdə təhlükə xəbərdarlığı verilib
Səudiyyə Ərəbistanında bir sıra bölgələrdə təhlükə xəbərdarlığı verilib
11:48
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
11:20
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
10:35
Numan Kurtulmuş İraqa gedir
Numan Kurtulmuş İraqa gedir
10:32
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
10:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.