11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Türkiyə şirkəti Malayziya donanması üçün üç korvet hazırlayacaq

11 İyun 2024 10:30
Türkiyə şirkəti Malayziya donanması üçün üç korvet hazırlayacaq

Bakı. AzerVoice:

Türk müdafiə sənayesinin qabaqcıl şirkətlərindən biri olan STM, "Littoral Mission Ship Batch-2 (LMSB2)" layihəsi çərçivəsində Malayziya Kral Donanması üçün üç korvet inşa edəcək.

AzerVoice xəbər verir ki, Malayziya ilk dəfə olaraq müdafiə sənayesi məhsullarının tədarükü üçün bir ölkə ilə G2G (covernment-to-covernment) Anlaşma Memorandumu imzalayıb.

Bu üç gəminin istehsalı 30 ildən artıq Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarını milli və innovativ sistemlərlə qarşılayan STM şirkəti tərəfindən Türkiyədə həyata keçiriləcəkdir. Gəmilərin hazırlanmasında başda ASELSAN, HAVELSAN və ROKETSAN olmaqla 50-yə yaxın yerli Türk şirkətin aparıcı sistemlərindən istifadə olunacaqdır.

Tədbirdə iştirak edən Türkiyənin Müdafiə Sənayesi Naziri Prof. Dr. Haluk Görgün öz çıxışında “Mən ürəkdən inanıram ki, bu, iki ölkə arasında dəniz platformalarında uzunmüddətli əməkdaşlığın başlanğıcıdır” - deyə əlavə edib.

Malayziyanın müdafiə naziri Mohamed Khaled Nordin isə “İnanıram ki, bu Anlaşma Memorandumunun imzalanması hər iki ölkəyə, xüsusilə Malayziyaya fayda verəcək, çünki Türkiyə Respublikası bu gün mükəmməl hərbi gücə, mükəmməl müdafiə texnologiyalarına sahibdir və Qərbi Asiyanın ən qabaqcıl hərbi məhsullar istehsal edən ölkələrindən biridir.”- deyə öz çıxışında bildirib.

Qeyd edək ki, gəmilərin tikintisinə bu il başlanacaq və hər üç gəmi 3,5 il ərzində Malayziya Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcəkdir. Hökumətdən hökumətə (G2G) şəklində ediləcək razılaşma ilə STM layihənin dizaynından icrasına, tikintidən gəmilərin təhvil verilməsinə qədər bütün mərhələlərində cavabdeh olan əsas podratçı tərəfdir.

Uzunluğu 99,56 metr, yerdəyişmə qabiliyyəti 2500 ton, maksimal sürəti 26 düyün olacaq gəmilər helikopterlərin eniş platforması və 111 nəfərlik heyət imkanlarına sahib olacaqdır.

Bunu da əlavə edək ki, hərbi gəmilərin müşayiət və gözətçilik funksiyasını daşımaq üçün olan sinfi korvet adlanır. Korvetlər adətən su və hava məkanından gələn təhlükənin qarşısını almaq üçün müdafiə mövqeyini yerinə yetirirlər.

Türkiyə şirkəti Malayziya donanması üçün üç korvet hazırlayacaq Türkiyə şirkəti Malayziya donanması üçün üç korvet hazırlayacaq Türkiyə şirkəti Malayziya donanması üçün üç korvet hazırlayacaq Türkiyə şirkəti Malayziya donanması üçün üç korvet hazırlayacaq
Məqalədə: #Türkiyə #Malayziya #həri gəmi #korvet

Mövzu üzrə digər xəbərlər

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH

10 Sentyabr 21:28
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
İran

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib

10 Sentyabr 20:10
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Digər Xəbərlər

Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib

10 Sentyabr 19:41
Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir
Digər Dövlətlər

Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir

10 Sentyabr 19:35

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.