5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Nigeriya silahlı dəstələrlə mübarizə üçün 50 yeni döyüş təyyarəsi alacaq

20 İyun 2024 13:27
Nigeriya silahlı dəstələrlə mübarizə üçün 50 yeni döyüş təyyarəsi alacaq

Bakı, VOA

Qərbi Afrika ölkələrindən olan Nigeriyanın Benue və Kaduna əyalətlərində baş verən silahlı hücumlarda 12 nəfər həyatını itirib.

VOA xəbər verir ki, Katsina-Ala bölgəsi üzrə millət vəkili Jonathan Agbidye (Conatan Aqbidye) açıqlamasında bildirib ki, Benue əyalətinin Katsina-Ala bölgəsində naməlum silahlı şəxslər tərəfindən hücum həyata keçirilib.

Aqbidye hücumda 6 nəfərin həyatını itirdiyini, çox sayda insanın isə yaralandığını bildirib. Çoxlu adamın qaçırıldığını deyən Aqbidye, silahlı şəxslərin rayon sakinlərindən ərzaq məhsulları oğurladığına diqqət çəkib.

Milli mətbuatda yer alan xəbərlərdə Kaduna əyalətinin Kajuru bölgəsində baş verən hücumda biri qadın olmaqla 6 nəfərin öldüyü bildirilib.

Nigeriya son vaxtlar ölkənin müxtəlif yerlərində silahlı dəstələrin, eləcə də Boko Haram və ISWAP-ın hücumları ilə üzləşir.

Ölkədə adam oğurluğuna görə cəza ölüm olsa da, fidyə tələb etmək üçün adam oğurluğu hallarına tez-tez rast gəlinir. Silahlı insanlar ümumiyyətlə ölkənin şimalındakı kəndləri, məktəbləri və səyahətçiləri hədəf alır və fidyə tələb edirlər.

Nigeriya silahlı dəstələrə və terrorizmə qarşı mübarizə çərçivəsində 50 yeni döyüş təyyarəsi alacaq.

Katsina əyalətində qurulan yeni hərbi obyektlərin açılışında iştirak edən Nigeriya Hərbi Hava Qüvvələri komandanı Hassan Bala Əbubəkr bildirib ki, ölkənin alacağı yeni təyyarələr arasında 24 M-346 döyüş təyyarəsi, 12 AW109 çoxməqsədli helikopter və bir cüt Casa 295 nəqliyyat təyyarəsi yer alır.

Təyyarələrin gələn ilə qədər təhvil verilməsinin gözlənildiyini bildirən Əbubəkr, "Təyyarələr son illərdə şimal-qərb və mərkəzi əyalətlərdə silahlı hücumlar həyata keçirən terrorçulara və silahlı dəstələrə qarşı mübariz məqsədiylə istifadə olunacaq" deyib.

Əbubəkr təyyarələrin hansı ölkədən alınacağı ilə bağlı məlumat verməyib.

Qeyd edək ki, təhlükəsizlik problemlərinin artdığı Nigeriya terror qruplaşmalarına qarşı mübarizə çərçivəsində daha əvvəl Türkiyə və ABŞ-dan döyüş təyyarələri almışdı.

Nigeriya silahlı dəstələrlə mübarizə üçün 50 yeni döyüş təyyarəsi alacaq
Məqalədə: #Nigeriya #terror #silahlar #Qərbi Afrika

Mövzu üzrə digər xəbərlər

Nigerdə üsyançı hücumundan sonra sakitlik bərpa olundu - Əlcəzair niyə hərəkətə keçdi?
Əlcəzair

Nigerdə üsyançı hücumundan sonra sakitlik bərpa olundu - Əlcəzair niyə hərəkətə keçdi?

31 Avqust 09:36
Cənubi Afrika üç ölkədən miqrantların deportasiya xərclərini tələb edir
Digər Dövlətlər

Cənubi Afrika üç ölkədən miqrantların deportasiya xərclərini tələb edir

15 Avqust 17:56
Nigeriya kriptovalyuta əməliyyatlarına yeni vergilər tətbiq edib
Digər Dövlətlər

Nigeriya kriptovalyuta əməliyyatlarına yeni vergilər tətbiq edib

6 Avqust 20:06
Tarixdə bu gün – 3 Avqust
Tarixdə bu gün

Tarixdə bu gün – 3 Avqust

3 Avqust 00:01

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.